Masallılı üzgüçü açıq Slovakiya birinciliyində bürünc medal əldə edib
- 27-03-2018, 15:10
- İdman
- 0
- 2 283
Masallılı üzgüçü açıq Slovakiya birinciliyində bürünc medal əldə edib
Slovakiyanın Jilina şəhərində üzgüçülük üzrə yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakterli açıq birincilik (23- 25 mart) keçirilib.
Yarışda ölkəmizi 9 üzgüçü təmsil edib.
Yığmamızın üzvləri 10 qızıl, 8 gümüş, 4 bürünc medala yiyələniblər.
Milli komandamızın 15 yaşlı üzvü, həmyerlimiz Vəli Rəşadət oğlu İsrafilov bu mötəbər yarışda bürünc medala sahiblənib.
Qeyd edək ki, Masallı rayonunun Köhnə Alvadı kəndindən olan V.İsrafilov beynəlxalq turnirdə bu uğurlu nəticəni kişilər arasında (böyük yaş qrupunda, 200 brass - 2.25.11) göstərib.
AKİF.
“Yeni həyat”,
www.yeniheyet.az