Главная > İdman > Açıq Bakı birinciliyində Masallı taekvondoçuları 1 qızıl, 1 bürünc medal qazanıblar

Açıq Bakı birinciliyində Masallı taekvondoçuları 1 qızıl, 1 bürünc medal qazanıblar


21-04-2019, 15:30. Разместил: yeni321
Açıq Bakı birinciliyində Masallı taekvondoçuları 1 qızıl, 1 bürünc medal qazanıblar

Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə açıq Bakı birinciliyi keçirilib.
Abşeron Olimpiya İdman Kompleksində təşkil edilən yarışlar üç gün (19-21 aprel) davam edib.
Birincilikdə 2008-2011-ci il təvəllüdlü uşaq, 2005-2007-ci il təvəllüdlü yeniyetmə və 2002-2004-cü il təvəllüdlü gənc taekvondoçular mübarizə aparıblar.
“DAEDO İnternational” taekvondo sistemi ilə keçirilən turnirin təşkilində məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.
Respublikanın 48 taekvondo bölmə və klublarından 550 idmançının qatıldığı açıq birincilikdə Masallı 4 yeniyetmə taekvondoçu ilə təmsil olunub.
Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Sevda Əzizova 41 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək – birinci pilləsində qərarlaşıb. Digər həmyerlimiz Yusif Əhmədzadə (45 kq) isə bürünc medalla kifayətlənib.
Turnirdə mükafatçılar sırasında yer alan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif ediliblər.
Qeyd edək ki, yarış yeniyetmələr arasında milli komandaya seçim xarakteri daşıyır.
Respublika yığmasına cəlb edilən taekvondoçularımızı təbrik edir, idmançılarımıza beynəlxalq yarışlarda uğurlar arzulayırıq.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад