• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Açıq Bakı birinciliyində Masallı taekvondoçuları 1 qızıl, 1 bürünc medal qazanıblar

    Açıq Bakı birinciliyində Masallı taekvondoçuları 1 qızıl, 1 bürünc medal qazanıblar

    • 21-04-2019, 15:30
    • İdman
    • 0
    • 1 736
    Açıq Bakı birinciliyində Masallı taekvondoçuları 1 qızıl, 1 bürünc medal qazanıblar

    Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə açıq Bakı birinciliyi keçirilib.
    Abşeron Olimpiya İdman Kompleksində təşkil edilən yarışlar üç gün (19-21 aprel) davam edib.
    Birincilikdə 2008-2011-ci il təvəllüdlü uşaq, 2005-2007-ci il təvəllüdlü yeniyetmə və 2002-2004-cü il təvəllüdlü gənc taekvondoçular mübarizə aparıblar.
    “DAEDO İnternational” taekvondo sistemi ilə keçirilən turnirin təşkilində məqsəd bu idman növünün təbliği və inkişaf etdirilməsi, eləcə də idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasıdır.
    Respublikanın 48 taekvondo bölmə və klublarından 550 idmançının qatıldığı açıq birincilikdə Masallı 4 yeniyetmə taekvondoçu ilə təmsil olunub.
    Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Sevda Əzizova 41 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək – birinci pilləsində qərarlaşıb. Digər həmyerlimiz Yusif Əhmədzadə (45 kq) isə bürünc medalla kifayətlənib.
    Turnirdə mükafatçılar sırasında yer alan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin diplom və medalları ilə təltif ediliblər.
    Qeyd edək ki, yarış yeniyetmələr arasında milli komandaya seçim xarakteri daşıyır.
    Respublika yığmasına cəlb edilən taekvondoçularımızı təbrik edir, idmançılarımıza beynəlxalq yarışlarda uğurlar arzulayırıq.

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 14:41 XANKƏNDİ SAMMİTİ AZƏRBAYCANIN SİYASİ GÜCÜNÜN TƏCƏSSUMUDUR
    2. 17:21 Tarixin səssiz şahidinə yeni baxış- Eminli küp qəbri -Antike Welt-Zeitschrift fur Archäologie und Kulturgeschichte “ jurnalında
    3. 16:29 Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq miqyasda tanınmasının göstəricisi
    4. 23:30 Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib
    5. 23:30 İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib
    6. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    7. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    8. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    9. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    10. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    11. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    12. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    14. 17:04 Ziyalı işığında                                                                              
    15. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    16. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    17. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    18. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    19. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    20. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    21. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    22. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    23. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    24. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    25. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    26. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    27. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    28. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    29. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    30. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    31. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    32. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    33. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    34. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    35. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    36. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    37. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    38. 19:56 Qalıb Azərbaycan Ordusu
    39. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    40. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ