Главная > İdman > Masallı karateçiləri ölkə birinciliyində 3 medal qazanıb
Masallı karateçiləri ölkə birinciliyində 3 medal qazanıb24-09-2019, 08:36. Разместил: yeni321 |
Karateçilərimiz XIV açıq ölkə birinciliyində 1 qızıl ,1 gümüş və 1 bürünc medal qazanıb Göygöl Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sindo-ryu və pençak silat idman növü üzrə yeniyetmə, gənclər və peşəkarlar arasında keçirilən XIV açıq ölkə birinciliyində (20-23 sentyabr) Masallı rayonunun idmançıları uğurla çıxış ediblər. Açıq respublika birinciliyində Masallı idmançısı Kamran Həsənzadə 25 kiloqram çəki dərəcəsində MMA idman növündə fəxri kürsünün ən yüksək pilləsinə sahib olub. Rayonun digər idmançıları - Əmrah Abışov 60 kiloqram çəki dərəcəsində pençak silat idman növündə ikinci, Allahyar Əhədov isə 25 kiloqram çəki dərəcəsində pençak silat idman növündə üçüncü yeri tutub. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |