Masallı karateçiləri ölkə birinciliyində 3 medal qazanıb
- 24-09-2019, 08:36
- İdman
- 0
- 1 131

Göygöl Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sindo-ryu və pençak silat idman növü üzrə yeniyetmə, gənclər və peşəkarlar arasında keçirilən XIV açıq ölkə birinciliyində (20-23 sentyabr) Masallı rayonunun idmançıları uğurla çıxış ediblər.
Açıq respublika birinciliyində Masallı idmançısı Kamran Həsənzadə 25 kiloqram çəki dərəcəsində MMA idman növündə fəxri kürsünün ən yüksək pilləsinə sahib olub.
Rayonun digər idmançıları - Əmrah Abışov 60 kiloqram çəki dərəcəsində pençak silat idman növündə ikinci, Allahyar Əhədov isə 25 kiloqram çəki dərəcəsində pençak silat idman növündə üçüncü yeri tutub.
“Yeni həyat”,
www.yeniheyet.az