Главная > İdman / Manşet > Nadir Ağayevin xatirəsinə həsr olunan respublika turnirinə yekun vurulub
Nadir Ağayevin xatirəsinə həsr olunan respublika turnirinə yekun vurulub4-12-2017, 15:35. Разместил: yeni321 |
Nadir Ağayevin xatirəsinə həsr olunan respublika turnirinə yekun vurulub Dekabrın 2-3-də Masallı Olimpiya İdman Kompleksində respublikanın Əməkdar məşqçisi, idman ustası, Masallı Yunan-Roma güləş məktəbinin yaradıcısı, məşhur pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə XXIII ənənəvi respublika turniri keçirilib. Yarışın açılışından öncə Dövlət himni səslənib. Masallı Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə düzənlənən idman tədbirini giriş sözü ilə açan Masallı RGİİ-nin rəisi Camal Manafov rayon idmançılarının son yarışlardakı uğurlarından danışıb. O, bildirib ki, yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaq, perspektivli idmançıların aşkar edilməsi, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və onlara vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Nadir Ağayevin xatirəsini yad etməkdir. Masallı RİHB-nın İctimai-siyasi məsələlər və humanitar şöbənin baş məsləhətçisi Qəşəm Hadıyev rayon rəhbəri adından qonaqları və idmançıları salamlayıb, respublika Prezidenti, MOK rəhbəri cənab İlham Əliyevin idmana diqqət və qayğısının regionlarda da əks-səda doğurduğunu gündəmə gətirib. Ölkədə idmanın inkişafından söz salan Respublika Gənclər və İdman Nazirliyinin məsul işçisi Tofiq Eyvazov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən, hər il keçirilən bu turnirin yığma komandamıza yeni namizədlərin cəlb edilməsində əhəmiyyətliyindən danışıb. Sözçü cənub güləş ocağının layiqli təmsilçisi olmuş N.Ağayevin bu gün üçün güclü zəmin yaratdığını vurğulayıb. AGF-nin vitse-prezidentı, “Şöhrət” ordenli Elçin Cəfərov günbəgün tərəqqi edən güləşimizdə Nadir müəllim kimi ustad məşqçilərin əvəzsiz xidmətini, bu şərəfli ənənəni idman tariximizdə zəfərli illərlə yaşadıb davam etdirməyi diqqətə çatdırıb, bu yarışın yaxın vaxtlarda Beynəlxalq Güləş Federasiyasının təqvim planına salınacağına əminliyini bildirib. Nadir Ağayevin yetirməsi, Rusiya Güləş Federasiyasının vitse-prezidenti, RF-nın Əməkdar məşqçisi Məşkur Qasımov yarıməsrlik ömrünün yarıdan çoxunu bu sahəyə sərf etmiş mərhum məşqçinin həyat yolu və fəaliyyətindən bəhs edib. Yarışın sponsoru, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi M.Qasımov Masallının güləş rəmzi, pəhləvanlıq etalonuna dönmüş Nadir Ağayevi xoş xatirələrlə yada salıb, yarış iştirakçılarına uğurlar arzulayıb. AGF-nin nümayəndəsi, Beynəlxal dərəcəli hakim Bəşir İsazadənin komandaların yarışa hazırlığı barədə baş hakimə müraciətindən sonra meydan yeniyetmə bahadırların ixtiyarina verilib. İki gün davam edən turnirə respublikanın 17 komandasından 180 güləşçi qatılıb. 10 çəki dərəcəsində ölkənin müxtəlif rayonları, Bakı və Sumqayıt şəhər idman cəmiyyətləri və komanda təmsilçıləri qüvvələrini sınayıblar. Yeniyetmə pəhləvanların dairəvi xalça üzərindəki mübariz “döyüş”ü güləşsevərlərin böyük marağına səbəb olub, alqış sədaları möhtəşəm idman sarayında hökm sürən ovqata əsil bayram əhval-ruhiyyəsi qatıb. Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışlar AGF-nin hakimlər kollegiyası tərəfindən idarə olunub. Turnirin sonunda fəxri kürsünün ilk üçlüyündə qərar tutan yunan-romaçılar təşkilatçılar tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif edilib. Atletlərdən Elmir Sarxanov (38 kq, “Hövsan”), Xəlil Xəlilov (41 kq, Sumqayıt), Rəhman Namazov (44 kq, “ROİL”), Yadigar Qeybalıyev (48 kq, “ROİL” ), Abid Məmmədov (52 kq, Gəncə), Kənan Abdullayev (57 kq, “Neftçi”), Hüseyn Hüseynov (62 kq, “UGİM-6”), Feyruz Səmədov (68 kq, Masallı), İbrahim Mehrəliyev (75 kq, Sumqayıt), Elgün Əsgərli (85 kq, “Neftçi”) turnirin ən yüksək mükafatını – çempion adını qazanıblar. Respublika Gənclər və İdman İdarəsinin aparıcı mütəxəssisi Əlniyaz Mirzəyev, AGF-nin rəsmisi, yarışların baş hakimi Fərəğat Cəlalov, Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Əli Əliyev, idman ustaları Mülayim Xıdırov, Kamal Mazanov, Qardaşxan Əmənov, Sultan Məhərrəmov, Əməkdar məşqçilər Səyədulla Əkbərov, Ərəbxan Hətəmov, Valeh Zeynalov, pəhləvanın qohumu Rafiq Ağayev və digər idman ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə güləş pərəstişkarları, Nadirsevərlər milli güləşimizin daha bir tarixi gününü yaşayıblar. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |