• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Nadir Ağayevin xatirəsinə həsr olunan respublika turnirinə yekun vurulub

    Nadir Ağayevin xatirəsinə həsr olunan respublika turnirinə yekun vurulub



    Nadir Ağayevin xatirəsinə həsr olunan respublika turnirinə yekun vurulub
     
    Dekabrın 2-3-də Masallı Olimpiya İdman Kompleksində respublikanın Əməkdar məşqçisi, idman ustası, Masallı Yunan-Roma güləş məktəbinin yaradıcısı, məşhur pəhləvan Nadir Yaqub oğlu Ağayevin (1935-1985) xatirəsinə həsr olunmuş Yunan-Roma güləşi üzrə XXIII ənənəvi respublika turniri keçirilib.
    Yarışın açılışından öncə Dövlət himni səslənib.
    Masallı Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə düzənlənən idman tədbirini giriş sözü ilə açan Masallı RGİİ-nin rəisi Camal Manafov rayon idmançılarının son yarışlardakı uğurlarından danışıb. O, bildirib ki, yarışın keçirilməsində məqsəd yeniyetmələr arasında güləş idman növünün inkişafına və kütləviliyinə nail olmaq, perspektivli idmançıların aşkar edilməsi, idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək və onlara vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Nadir Ağayevin xatirəsini yad etməkdir.
    Masallı RİHB-nın İctimai-siyasi məsələlər və humanitar şöbənin baş məsləhətçisi Qəşəm Hadıyev rayon rəhbəri adından qonaqları və idmançıları salamlayıb, respublika Prezidenti, MOK rəhbəri cənab İlham Əliyevin idmana diqqət və qayğısının regionlarda da əks-səda doğurduğunu gündəmə gətirib.
    Ölkədə idmanın inkişafından söz salan Respublika Gənclər və İdman Nazirliyinin məsul işçisi Tofiq Eyvazov Nadir Ağayev güləş məktəbinin Azərbaycan idmanında tutduğu mövqedən, hər il keçirilən bu turnirin yığma komandamıza yeni namizədlərin cəlb edilməsində əhəmiyyətliyindən danışıb. Sözçü cənub güləş ocağının layiqli təmsilçisi olmuş N.Ağayevin bu gün üçün güclü zəmin yaratdığını vurğulayıb.
    AGF-nin vitse-prezidentı, “Şöhrət” ordenli Elçin Cəfərov günbəgün tərəqqi edən güləşimizdə Nadir müəllim kimi ustad məşqçilərin əvəzsiz xidmətini, bu şərəfli ənənəni idman tariximizdə zəfərli illərlə yaşadıb davam etdirməyi diqqətə çatdırıb, bu yarışın yaxın vaxtlarda Beynəlxalq Güləş Federasiyasının təqvim planına salınacağına əminliyini bildirib.
    Nadir Ağayevin yetirməsi, Rusiya Güləş Federasiyasının vitse-prezidenti, RF-nın Əməkdar məşqçisi Məşkur Qasımov yarıməsrlik ömrünün yarıdan çoxunu bu sahəyə sərf etmiş mərhum məşqçinin həyat yolu və fəaliyyətindən bəhs edib.
    Yarışın sponsoru, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi M.Qasımov Masallının güləş rəmzi, pəhləvanlıq etalonuna dönmüş Nadir Ağayevi xoş xatirələrlə yada salıb, yarış iştirakçılarına uğurlar arzulayıb.
    AGF-nin nümayəndəsi, Beynəlxal dərəcəli hakim Bəşir İsazadənin komandaların yarışa hazırlığı barədə baş hakimə müraciətindən sonra meydan yeniyetmə bahadırların ixtiyarina verilib.
    İki gün davam edən turnirə respublikanın 17 komandasından 180 güləşçi qatılıb. 10 çəki dərəcəsində ölkənin müxtəlif rayonları, Bakı və Sumqayıt şəhər idman cəmiyyətləri və komanda təmsilçıləri qüvvələrini sınayıblar. Yeniyetmə pəhləvanların dairəvi xalça üzərindəki mübariz “döyüş”ü güləşsevərlərin böyük marağına səbəb olub, alqış sədaları möhtəşəm idman sarayında hökm sürən ovqata əsil bayram əhval-ruhiyyəsi qatıb.
    Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən keçirilən yarışlar AGF-nin hakimlər kollegiyası tərəfindən idarə olunub.
    Turnirin sonunda fəxri kürsünün ilk üçlüyündə qərar tutan yunan-romaçılar təşkilatçılar tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif edilib.
    Atletlərdən Elmir Sarxanov (38 kq, “Hövsan”), Xəlil Xəlilov (41 kq, Sumqayıt), Rəhman Namazov (44 kq, “ROİL”), Yadigar Qeybalıyev (48 kq, “ROİL” ), Abid Məmmədov (52 kq, Gəncə), Kənan Abdullayev (57 kq, “Neftçi”), Hüseyn Hüseynov (62 kq, “UGİM-6”), Feyruz Səmədov (68 kq, Masallı), İbrahim Mehrəliyev (75 kq, Sumqayıt), Elgün Əsgərli (85 kq, “Neftçi”) turnirin ən yüksək mükafatını – çempion adını qazanıblar.
    Respublika Gənclər və İdman İdarəsinin aparıcı mütəxəssisi Əlniyaz Mirzəyev, AGF-nin rəsmisi, yarışların baş hakimi Fərəğat Cəlalov, Avropa çempionu, beynəlxalq dərəcəli idman ustası Əli Əliyev, idman ustaları Mülayim Xıdırov, Kamal Mazanov, Qardaşxan Əmənov, Sultan Məhərrəmov, Əməkdar məşqçilər Səyədulla Əkbərov, Ərəbxan Hətəmov, Valeh Zeynalov, pəhləvanın qohumu Rafiq Ağayev və digər idman ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə güləş pərəstişkarları, Nadirsevərlər milli güləşimizin daha bir tarixi gününü yaşayıblar.
                                                                       
                                                                                               Akif AĞAYEV,
                                                                                                “Yeni həyat”,
                                                                                         www.yeniheyet.az
     
     
     

     



     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ