Главная > İdman > Masallıda taekvondo üzrə rayon birinciliyi keçirilib

Masallıda taekvondo üzrə rayon birinciliyi keçirilib


25-06-2021, 15:04. Разместил: yeni321
Masallıda taekvondo üzrə rayon birinciliyi keçirilib

            Masallıda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması gününə həsr  edilmiş kiçik yaşlı uşaqlar, uşaqlar və  yeniyetmələr (oğlan və qızlar) arasında taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib.
       Birinciliyin keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də onlar arasında vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olmuşdur.
          Pandemiyaya qarşı əsas müdafiə tədbirlərini nəzərə alınmaqla, Masallı Taekvondo Mərkəzində iki gün (24-25 iyun) davam edən və üç yaş qrupu üzrə təşkil edilmiş rayon birinciliyində qalib gəlmiş idmançılar təşkilat komitəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.



 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад