Masallıda taekvondo üzrə rayon birinciliyi keçirilib
- 25-06-2021, 15:04
- İdman
- 0
- 674

Masallıda rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması gününə həsr edilmiş kiçik yaşlı uşaqlar, uşaqlar və yeniyetmələr (oğlan və qızlar) arasında taekvondo idman növü üzrə rayon birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də onlar arasında vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olmuşdur.
Pandemiyaya qarşı əsas müdafiə tədbirlərini nəzərə alınmaqla, Masallı Taekvondo Mərkəzində iki gün (24-25 iyun) davam edən və üç yaş qrupu üzrə təşkil edilmiş rayon birinciliyində qalib gəlmiş idmançılar təşkilat komitəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.



www.yeniheyet.az