Peşəkar ordumuz » YeniHeyet.Az - Yeni Həyat Qazeti
  • Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • Peşəkar ordumuz


    Daxili siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, xalqın birliyinin təmin edilməsinin əhəmiyyətini düzgün qiymətləndirən Ümummilli liderin dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də Azərbaycan xalqı qarşısında müstəsna və ölçüyəgəlməz xidmətləri vardır.

    Ümummilli lider çıxışlarının birində demişdi: "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər".

     Ulu öndərin ardıcıl olaraq apardığı məqsədyönlü və qətiyyətli siyasət nəticəsində Milli Ordu formalaşdırıldı. Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan orduya malik olması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən biri sayıla bilər.

    Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, ümummilli liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Sonralar ulu öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o, bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. 

    Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam". Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi.

    Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Ölkənin iqtisadi gücündən maksimum faydalanaraq Ali Baş Komandan ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz etdi, modernləşməni həyata keçirdi. Bununla da Azərbaycan Ordusu peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrildi. Nəhayət, 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi.






    Sinan Abbaslı,
    Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, YAP fəalı, Vətən müharibəsi iştirakçısı, "Cəbrayılın azad olunmasına görə",  "Qubadlının azad olunmasına görə", " Vətən müharibəsi iştirakçısı" medallı
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:08 Masallıda “Konstitusiya və Suverenlik ili” ilə əlaqədar növbəti ağacəkmə aksiyası 02.12.2025
    2. 19:09 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:54 Masallıda yollar əsaslı və cari təmir olunur: noyabr 2025
    4. 16:53 Masallıda şəhid ailələri və şəhid məzarlarını ziyarət: noyabr 2025-ci il
    5. 16:50 Masallıda şəhid adına görülmüş işlər: noyabr 2025-ci il
    6. 16:49 Masallıda qışa hazırlıqla bağlı su aparıcı kanallar təmizlənir: noyabr 2025
    7. 16:47 Masallıda elektrik təsərrüfatı və işıqlandırma: noyabr 2025-ci il
    8. 16:45 Masallıda abadlıq-quruculuq və xeyriyyə işləri: noyabr 2025-ci il
    9. 16:33 Masallıda 2025-cü ilin dekabr ayına olan səyyar-görüş qəbulları barədə
    10. 17:09 Masallıda Vətən Müharibəsi şəhidi Sübhan Həsənova həsr edilmiş “Dan yerinin sübhü” adlı kitabın təqdimat mərasimi 
    11. 17:01 Masallıda “Milli-mənəvi dəyərlər, həmrəylik və humanizm” adlı konsert 
    12. 10:10 Masallıda əmək yarmarkası: 20 işəgötürən müəssisə tərəfindən 100-dən artıq vakansiya
    13. 18:21 Masallıda rayon rəhbərinin 25 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    14. 18:19 Masallıda "Tarixi irsdən Müstəqil Dövlətçiliyə: Azərbaycan Konstitusiyasının rolu" mövzusunda tədbir 
    15. 09:23 “Bizim Əliş müəllim”
    16. 09:21 Azərbaycan Prezidentinə yazırlar
    17. 15:35 Rayon rəhbəri Köhnə Alvadı kəndində ərazi nümayəndəliyi üçün nəzərdə tutulmuş inzibati binaya baxış keçirib
    18. 15:33 Rayon rəhbəri Masallının Köhnə Alvadı kəndində I Qarabağ müharibəsi şəhidi Zöhrab Həsənovun ailəsi üçün tikilən evə baxış keçirib
    19. 17:42 Masallıda rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 17:18 Azərbaycan Prezidentinə yazırlar
    21. 14:39 Masallının Qəriblər ərazisinin Şıxlar kəndində 25 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    22. 11:00 Kəlbəcər Azaddır! 
    23. 10:57 25 Noyabr Kəlbəcər şəhərinin işğaldan azad edilməsinin qeyd olunduğu gündür
    24. 20:06 Namiqin qəlbində çox böyük bir Vətən sevgisi
    25. 15:30 Masallıda rayon rəhbəri inzibati binanın layihəsi ilə tanış olub
    26. 15:27 Rayon rəhbəri Qarğalıq ərazisində şəhid məzarlarını ziyarət etdi 20.11.2025
    27. 15:24 Masallının Qarğalıq kəndində 20 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    28. 15:14 Masallıda rayon rəhbərinin 20 noyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    29. 15:06 Naxçıvan şəhərində “Yeni Azərbaycan Partiyası”nın (YAP) təsis konfransı keçirildi
    30. 15:02 1992-ci il 21 noyabr tarixində YAP-ın təsis konfransının keçirilməsi ilə əlaqədar
    31. 21:52 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:10 Masallıda “Sitrus, çay və çiyələk əkini ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda zona müşavirəsi 
    33. 13:55 Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
    34. 16:24 Yeni Azərbaycan Partiyası - tarixin bütün sınaqlarından şərəflə çıxan alternativsiz siyasi qüvvədir
    35. 15:45 Şəhid Elməddin Nəzərovun şəhadətinin 5-ci ildönümü anıldı
    36. 15:43 Masallının Pircana kəndində 18 noyabr 2025-ci il tarixdə səyyar qəbul
    37. 15:35 Rayon rəhbəri Lürən ərazisində şəhid məzarlarını ziyarət etdi 18.11.2025
    38. 15:31 Azərbaycan Prezidentinə yazırlar
    39. 15:06 20 Noyabr – Ağdam Şəhəri Günü
    40. 15:02 “Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığı: İlham Əliyevin UzA-ya Müsahibəsində Yeni Perspektivlər”
    «    Dekabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    DÜNYA XƏBƏRLƏRİ