Главная > İdman > Masallı komandası Respublika turnirinin mükafatçısıdır

Masallı komandası Respublika turnirinin mükafatçısıdır


30-06-2021, 16:44. Разместил: yeni321
Masallı komandası Respublika turnirinin mükafatçısıdır 

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirində məktəbimizin idmançıları uğurlu nəticə göstərdilər.
Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə bu ilin may-iyun aylarında keçirilən yarışlarda məktəbimizin şagirdləri atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş) idman növləri üzrə fərqləndilər. Belə ki, voleybolçularımız birinci, atletlərimiz isə ikinci yerə sahiblənməklə hər iki növ üzrə respublika turnirinin final mərhələsinə vəsiqə qazandıq.
Olimpiya sistemi üzrə altı zonada keçirilən turnirdə dörd idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edirdi.
Respublika Olimpiya Mərkəzində təşkil olunan atletika idman növü üzrə final yarışlarında (18-19 iyun) Masallı idmançıları 12 komanda arasında dördüncü yerə sahib oldu. Qeyd edək ki, komandamızı liderdən beş xal ayırırdı. Atletlərimizi yarışlara məşqçilər Çingiz Qasımov və Nəbi Lələyev hazırlayıb.
 
 Turnirin proqramına daxil olan voleybol üzrə final yarışlarında (21-22 iyun) isə idmançılarımız ikinci yerə layiq görüldülər. Komandamızın uğur qazanmasında Əməkdar məşqçi Süfəddin Məmmədovun və məşqçi-müəllim Maşalla Cahangirovun zəhməti böyükdür.
Rayonumuzun məktəbliləri “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında təşkil olunan yarışlarda hər zonadan birinci və ikinci yer üzrə final mərhələsinə vəsiqə qazanan 12 komanda ilə birgə  mübarizə aparırdı.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarət idi.

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilirdi.
Turnirin mükafatçıları diplomlarla mükafatlandırıldı.

Əlifağa YAQUBOV,
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru.шаблоны для dle 11.2
Вернуться назад