• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallı komandası Respublika turnirinin mükafatçısıdır

    Masallı komandası Respublika turnirinin mükafatçısıdır

    • 30-06-2021, 16:44
    • İdman
    • 0
    • 783
    Masallı komandası Respublika turnirinin mükafatçısıdır 

    Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirində məktəbimizin idmançıları uğurlu nəticə göstərdilər.
    Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə bu ilin may-iyun aylarında keçirilən yarışlarda məktəbimizin şagirdləri atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş) idman növləri üzrə fərqləndilər. Belə ki, voleybolçularımız birinci, atletlərimiz isə ikinci yerə sahiblənməklə hər iki növ üzrə respublika turnirinin final mərhələsinə vəsiqə qazandıq.
    Olimpiya sistemi üzrə altı zonada keçirilən turnirdə dörd idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edirdi.
    Respublika Olimpiya Mərkəzində təşkil olunan atletika idman növü üzrə final yarışlarında (18-19 iyun) Masallı idmançıları 12 komanda arasında dördüncü yerə sahib oldu. Qeyd edək ki, komandamızı liderdən beş xal ayırırdı. Atletlərimizi yarışlara məşqçilər Çingiz Qasımov və Nəbi Lələyev hazırlayıb.
     
     Turnirin proqramına daxil olan voleybol üzrə final yarışlarında (21-22 iyun) isə idmançılarımız ikinci yerə layiq görüldülər. Komandamızın uğur qazanmasında Əməkdar məşqçi Süfəddin Məmmədovun və məşqçi-müəllim Maşalla Cahangirovun zəhməti böyükdür.
    Rayonumuzun məktəbliləri “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında təşkil olunan yarışlarda hər zonadan birinci və ikinci yer üzrə final mərhələsinə vəsiqə qazanan 12 komanda ilə birgə  mübarizə aparırdı.
    Qeyd edək ki, turnirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarət idi.

    Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilirdi.
    Turnirin mükafatçıları diplomlarla mükafatlandırıldı.

    Əlifağa YAQUBOV,
    Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:17 Masallıda 5 iyun – Su Təsərrüfatı və Meliorasiya işçilərinin peşə bayramı qeyd edildi
    2. 17:14 Masallıda ət kəsim məntəqələrində dezinfeksiya işləri aparılır
    3. 14:07 Masallıda rayon rəhbəri 1 yaşlı şəhid qardaşının doğum günündə
    4. 14:05 Masallıda rayon rəhbərinin 05 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 15:12 “Sağlam Məktəbli” layihəsi uğurla davam etdirilir
    6. 14:15 Masallının Hişkədərə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    7. 14:11 Masallının Hişkədərə kəndində 04 iyun 2025-ci il tarixdə səyyar qəbul
    8. 13:55 Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir
    9. 12:55 Azərbaycanda yaşıl enerjinin həyata keçməsi istiqamətində mühüm işlər həyata keçrilməkdədir
    10. 23:00 Ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yeri və rolu  
    11. 22:09 Masallıda rayon rəhbəri qalib futbolçuları qəbul edib
    12. 19:43 Masallıda “3 İyun-Ümumdünya Velosiped Günü” münasibəti ilə veloyürüş
    13. 19:39 Rayon rəhbəri Kolatan ərazisindəki əkin sahələrində
    14. 23:00 Azərbaycanın müasir enerji strategiyası-Xəzər Neft və Qaz Sərgisi
    15. 16:30 Masallıda şəhid övladlarına bayram hədiyyəsi
    16. 08:40 Prezident İlham Əliyevin 28 May 2025-ci ildə Laçında çıxış etmişdir
    17. 23:30 Azərbaycan, Türkiyə və Pakistanın sarsılmaz birliyi
    18. 23:30 Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişini nümayiş etdirdi
    19. 18:24 Masallıda abadlıq və xeyriyyə işləri 20-30 may 2025
    20. 18:23 Masallının yollarında təmir işləri davam etdirilir 20-30 may 2025
    21. 18:21 Masallıda şəhid ailələri və məzarlarını ziyarət  20-30 may 2025-ci il
    22. 21:59 Masallıda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təntənəsi
    23. 21:54 Rayon rəhbəri uşaqlar günündə uşaqların yanında
    24. 16:31 Sığıncaq kənd tam orta ümumtəhsil məktəbində yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    25. 16:29 Masallıda rayon rəhbərinin 29 may 2025-ci il tarixli vətəndaş qəbulu
    26. 15:31 Masallıda 2025-cü ilin iyun ayına olan səyyar-görüş qəbulları barədə
    27. 14:46 Cənab Prezident İlham Əliyev müasir dövlət idarəçiliyini keçmişə sadiqlik və gələcəyə yönəlik strateji baxışla birləşdirir 
    28. 23:30 Ulu Öndər Heydər Əliyev -  Azərbaycan dövlətçiliyinin xilaskarıdır
    29. 23:30 Müstəqilliyimiz daimi və əbədidir
    30. 18:20 Xırmandalı kəndində artezian quyusu istifadəyə verildi
    31. 18:11 Masallıda 28 May Müstəqillik Günü tədbiri
    32. 07:45 Bir ağacda beş cür meyvə...
    33. 23:30 Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması – tarixi hadisə idi  
    34. 20:14 “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
    35. 19:43 Masallıda kitab təqdimatı keçirilib
    36. 15:03 Azərbaycan və Türk dünyası: Birliyin mərkəzində bir dövlət
    37. 10:47 28 MAY – QÜRUR GÜNÜMÜZ
    38. 10:30 Azərbaycan dünya miqyasında öz mövqeyini daha da möhkəmləndirir
    39. 23:30 Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki rolu və tranzit potensialı artmaqdadır
    40. 23:30 Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi 
    «    İyun 2025    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30 
    DÜNYA XƏBƏRLƏRİ