• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi 

    Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi 

     

    Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Ulu öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki, 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Ümummilli liderin Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı – 1993-cü ilin 15 iyunu “Azərbaycan xalqının Milli Qurtuluş Günü” kimi hər il təntənə ilə qeyd edilir.

    Dünyada nüfuzlu siyasi xadim kimi tanınmış Heydər Əliyev Sovetlər Birliyi kimi nəhəng dövlətin rəhbərlərindən biri olmaqla öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdi. Heydər Əliyev ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdi. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin “...həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik kəlamı hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.     

    Müstəqilliyin ilk illərində ölkənin məruz qaldığı hərbi təcavüz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri, habelə ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə xalqımızın yeganə ümidi dəmir iradəyə, yüksək idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik lider olan Heydər Əliyevlə bağlı olmuşdur.  

    Xalqımız 20 Yanvar faciəsini yaşayarkən ümummilli liderimiz Moskvada Sovetlər Birliyi rəhbərliyini qətiyyət və cəsarətlə ifşa etmiş, imperiya siyasəti əleyhinə çıxaraq, doğma xalqı ilə bir yerdə olduğunu bir daha nümayiş etdirmişdir.

    Məhz belə mürəkkəb bir vəziyyətdə, 1993-cü ilin yayında ulu öndər xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas etmək, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir və iti dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejimlə daban-dabana zidd olan demokratik-hüquqi dövlət yaratmağı bacardı.

    Müstəqilliyin qorunmasının onun əldə edilməsindən qat-qat çətin olduğunu bildirən dahi rəhbər Heydər Əliyev bu ağır vəzifənin öhdəsindən layiqincə gəldi. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, Azərbaycanı tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevirdi. Respublikamızın beynəlxalq əlaqələrini möhkəmləndirərək, gələcək inkişafa hesablanmış neçə- neçə layihənin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoydu. Düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq və investisiya imkanları yaratdı. Azərbaycanın günbəgün beynəlxalq nüfuzu artmağa, iqtisadiyyatın müxtəlif sahələrinə külli miqdarda xarici sərmayə yatırılmağa başlanıldı.

              Demokratik-hüquqi dövlət quruculuğu prosesi də tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi. Ölkədə hüquqi dövlət qurmaq üçün ilk növbədə hakimiyyət bölgüsünə əsaslanan mükəmməl hüquq sistemi yaradıldı. Ulu öndər məhkəmə-hüquq islahatlarını demokratik, hüquqi dövlət quruculuğundan ayrılmaz hesab edərək, bu, iki prosesin birgə aparılması istiqamətində ciddi tədbirlər həyata keçirmişdir. Məhkəmə-hüquq islahatlarının mühüm əhəmiyyətini vurğulayan ümummilli lider demişdir: “Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır. İndi Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar çox uğurla gedir. Ölkəmiz müasirləşir, yeniləşir, dünya birliyinin çox fəal və dəyərli üzvünə çevrilir, əlbəttə ki, məhkəmə-hüquq islahatları da ölkəmizin ümumi inki- şafına öz töhfəsini verməlidir.”

              Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildikdən sonra məhkəmə-hüquq islahatlarının aparılması daha da sürətləndirilməklə ulu öndərin 1996-cı ilin fevralında imzaladığı fərmanla hüquqi islahatlar üzrə komissiya yaradılmışdır. Komissiya tərəfindən ictimai münasibətlərin müxtəlif sahələrini tənzim edən bir sıra qanunların, o cümlədən prokurorluğun fəaliyyətinə aid müddəaları nəzərdə tutan normativ hüquqi aktların Avropanın aparıcı ekspertlərinin müsbət rəyini almış layihələri hazırlanmışdır. Bu layihələr əsasında qəbul edilmiş “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlar ölkənin hüquq sisteminin formalaşması prosesinə böyük töhfə olmuşdur.

     



    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis 

     

     


    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 19:31 Şəhid Elvin Əzizovun şəhadətinin 5-ci ildönümü anıldı
    2. 19:29 Şəhid Elgün Mikayıllının şəhadətinin 5-ci ildönümü anıldı
    3. 18:21 “Füzuli Şəhəri Günü” münasibətilə  “Azad elim, abad yurdum” adlı tədbir
    4. 18:18 Rayon rəhbəri Mahmudavar kəndində asfalt örtüyü döşənmiş küçəyə baxış keçirmişdir
    5. 18:04 Kanstitusiya və Suverenlik ili” ilə əlaqədar ağacəkmə aksiyası 16.10.2025
    6. 17:53 Rayon rəhbəri şəhid İlqar Əliyevin ailəsini ziyarət etdi
    7. 17:50 Masallının Tüklə ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 16.10.2025
    8. 17:26 Masallının Tüklə kəndində 16 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    9. 17:19 Masallıda rayon rəhbərinin 16 oktyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 13:46 Azərbaycan Prezidentinə yazırlar
    11. 12:59 Azad Zəngilanda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir
    12. 19:18 Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbdə yetkinlik yaşına çatmayanların maarifləndirilməsi
    13. 19:15 Masallıda 01-15 oktyabr 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    14. 19:12 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 oktyabr 2025-ci il
    15. 19:11 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 oktyabr 2025
    16. 19:09 Masallıda abadlıq və xeyriyyə işləri 01-15 oktyabr 2025
    17. 12:55 Müstəqilliyimizin bərpası: tariximizin şanlı dönüş nöqtəsi
    18. 11:52 Rayon rəhbəri Sığdaş ərazisində asfalt örtüyü döşənmiş küçələrə baxış keçirmişdir
    19. 10:58 Şəhid Sənan Səlimovun şəhadətinin 5-ci ildönümü anıldı
    20. 10:51 Milli Qəhrəman Səfəralı Məmmədovun doğum günü ilə əlaqədar anım tədbiri
    21. 17:21 Rayon rəhbəri Viləş kəndində yeni polis bölməsinin tikintisinə baxış keçirib
    22. 17:19 Rayon rəhbəri Viləş kəndində vətəndaşlarla görüşmüşdür
    23. 17:16 Rayon rəhbəri Viləş kəndində şəhidləri yad etdi
    24. 17:12 Masallının İkinci Yeddioymaq ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    25. 17:02 Masallının İkinci Yeddioymaq kəndində 14 oktyabr 2025-ci il tarixdə səyyar qəbul
    26. 11:48 Prezident İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etmişdir
    27. 17:31 Azərbaycan Prezidentinə yazırlar
    28. 17:29 Azərbaycan Prezidentinə yazırlar
    29. 17:28 Azərbaycan Prezidentinə yazırlar
    30. 17:24 Şəhid Ülvi Nüsrətbəylinin şəhadətinin 5-ci ildönümü anıldı
    31. 17:22 Şəhid İbrahim Lələyevin şəhadətinin 5-ci ildönümü anıldı
    32. 09:13 Azərbaycana olan yüksək ehtiramın nümunəsi.  
    33. 06:42 Ərkivanlı atletin Budapeşt uğuru 
    34. 11:05 Masallıda 2 saylı Mediasiya Təşkilatının açılışı
    35. 18:08 Şəhid Elmir Akifzadənin şəhadətinin 5-ci ildönümü anıldı
    36. 18:00 Masallıda “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşları tərəfindən rayonunun fəal nümayəndələri ilə görüş
    37. 18:23 Masallıda “Ümumdünya statistika günü” ilə əlaqədar tədbir
    38. 18:15 Şəhid Cəbrayıl Qasımovun şəhadətinin 5-ci ildönümü anıldı
    39. 13:33 Azərbaycanın atdığı addımlar irəli sürdüyü sülh gündəliyini bir daha təsdiq etdi.  
    40. 09:36 Bir zamanlar “türk birliyi” ifadəsi yalnız romantik ideya kimi səslənirdi. 
    «    Oktyabr 2025    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    DÜNYA XƏBƏRLƏRİ