Главная > İqtisadiyyat > Masallının 7 yaşayış məntəqəsində subartezian quyusu qazılacaq
Masallının 7 yaşayış məntəqəsində subartezian quyusu qazılacaq13-02-2019, 21:25. Разместил: yeni321 |
Masallının 7 yaşayış məntəqəsində subartezian quyusu qazılacaq Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2019-cu il tarixli Sərəncamına əsasən 2019-cu ildə ölkənin 41 rayon və şəhəri üzrə 254 yaşayış məntəqəsində 300 subartezian quyusunun layihələndirilməsi və qazılması təmin ediləcək. Yeniheyet.az president.az-a istinadən xəbər verir ki, siyahıya əsasən Masallı rayonunun 7 (yeddi) yaşayış məntəqəsində – Həsənli, Səmidxanlı, Öncəqala, Lürən, Şərəfə, Böyük Kolatan kəndlərində, Ərkivan qəsəbəsində (hər ərazidə bir ədəd olmaqla) subartezian quyularının qazılması nəzərdə tutulub. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |