Главная > İqtisadiyyat > Zəhmət güzəranımızın meyarıdır
Zəhmət güzəranımızın meyarıdır1-12-2017, 22:34. Разместил: yeni321 |
Sitrusçuların qış qayğıları Zəhmət güzəranımızın meyarıdır Son illər ölkəmizin Cənub bölgəsində sitrusçuluğun inkişafına xüsusi diqqət yetirilir. Bu il sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələsinə dair respublika müşavirəsində dövlət başçısının göstəriş və tövsiyələrindən sonra bu sahədə ciddi dönüş hiss olunur. Rayonumuzun bir çox ərazisində çayçılıq, çəltikçilik və sitrusçuluğa maraq artıb. Mən təcrübəli mütəxəssis kimi həmişə qeyd etmişəm ki, dağətəyi torpaqlarımız sitrus bitkiləri – çay, naringi, limon, feyxoa, kivi və s. üçün çox əlverişlidir. Vaxtilə həyət-bacamızda, ictimai təsərrüfatlarda yetişdirmişik, xeyrini də görmüşük. Hazırda bazarlarımızda feyxoa, naringinin kiloqramı 1-2 manat arasındadır. Limonu Rusiyaya daşıyırlar. Zəhmət çəksən bəhrəsini də görərsən, -deyirlər. Bu gün yetişdirdiyimiz bağ-bağçaların sabah dəyərini, qədir-qiymətini biləcəyik. Heç nə adama hazır verilmir, əkib-becərirsən, məhsul hasilə gəlir. Bu il də həyətyanı sahələrdə, payıbəlli torpaqlarda xeyli sitrus ağacı əkilib. Qarşıdan isə qış gəlir, Qarlı-şaxtalı günlər sitrusçular üçün imtahandır. Odur ki, sitrusçulara bəzi vacibi tövsiyələrimi xatırlatmaq istəyirəm. Yeni naringi, limon ağaclarının qışda daha çox qayğıya ehtiyacı var. İlk növbədə dibi yumşaldılmalı, dayağa bağlanmalı, peyin verilməli, üstü politelinlə örtülməlidir. Naringi tingləri soyuğa qarşı həssasdır. Ona görə də qışda örtülmüş ağacların üstü yazda havalar istiləşəndə götürülməlidir. Feyxoa kolları şaxtaya davamlı olsa da qarın ağırlığından, küləyin təsirindən tez qırılır. Bağlarda qış becərməsi başa çatandan sonra ağaclar yığılıb dayaqlara bağlanmalı, dibinə üzvi gübrə tökülməlidir. Yazın əvvəlində ağaclar açılmalıdır ki, çiçəklənmə tez başlasın. Dərhal dibi yumşaldılmalı, yenidən peyin verilməlidir. Limon ağacları da şaxtaya az davamlıdır. Çalışmaq lazımdır ki, havalar soyumamış istixanaların üstü örtülsün. Buna qədər isə bəzi aqrotexniki tədbirlər həyata keçirilməlidir. İstixanalar şumlanıb bəzi yabanı bitkilərdən təmizlənməli, mineral və üzvü gübrələr verilməli, ağacların lazımsız budaqları budanmalıdır. Ağacdakı meyvələri yığmaq lazımdır ki, yaza qalmasın. Çünki meyvələr yaza kimi ağacdan qidalandığından çiçəklənmə gecikir ki, bu da növbəti ildə məhsuldarlığı çox aşağı salır. Qışda da bəzi aqrotexniki tədbirlər həyata keçirilməlidir ki, xəstəlik və ziyanvericilər fəsad törədə bilməsin. Son illər rayonumuzda kivi bağları salınmasına da maraq artıb. Həyətyanı sahələrdə də kivi əkənlər var. Bu bitki də üzüm tənəyi kimi budanmalı, dibi yumuşaldılıb, üzvi gübrələr verilməlidir. Sitrus bitkilərinin inkişafı, məhsuldarlığı bugünkü qayğılardan asılıdır. Aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə həyata keçirin. Xanoğlan BABAYEV, veteran aqronom. Вернуться назад |