• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Zəhmət güzəranımızın meyarıdır

    Zəhmət güzəranımızın meyarıdır

    Sitrusçuların qış qayğıları

    Zəhmət güzəranımızın meyarıdır

     Son illər ölkəmizin Cənub bölgəsində sitrusçuluğun inkişafına xüsusi diqqət yetirilir. 
    Bu il sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələsinə dair respublika müşavirəsində dövlət başçısının göstəriş və tövsiyələrindən sonra bu sahədə ciddi dönüş hiss olunur. Rayonumuzun bir çox ərazisində çayçılıq, çəltikçilik və sitrusçuluğa maraq artıb. 

    Mən təcrübəli mütəxəssis kimi həmişə qeyd etmişəm ki, dağətəyi torpaqlarımız sitrus bitkiləri – çay, naringi, limon, feyxoa, kivi və s. üçün çox əlverişlidir. Vaxtilə həyət-bacamızda, ictimai təsərrüfatlarda yetişdirmişik, xeyrini də görmüşük. 
    Hazırda bazarlarımızda feyxoa, naringinin kiloqramı 1-2 manat arasındadır. Limonu Rusiyaya daşıyırlar. Zəhmət çəksən bəhrəsini də görərsən, -deyirlər. 
    Bu gün yetişdirdiyimiz bağ-bağçaların sabah dəyərini, qədir-qiymətini biləcəyik. Heç nə adama hazır verilmir, əkib-becərirsən, məhsul hasilə gəlir. Bu il də həyətyanı sahələrdə, payıbəlli torpaqlarda xeyli sitrus ağacı əkilib. 
    Qarşıdan isə qış gəlir, Qarlı-şaxtalı günlər sitrusçular üçün imtahandır. Odur ki, sitrusçulara bəzi vacibi tövsiyələrimi xatırlatmaq istəyirəm. Yeni naringi, limon ağaclarının qışda daha çox qayğıya ehtiyacı var. İlk növbədə dibi yumşaldılmalı, dayağa bağlanmalı, peyin verilməli, üstü politelinlə örtülməlidir. 
    Naringi tingləri soyuğa qarşı həssasdır. Ona görə də qışda örtülmüş ağacların üstü yazda havalar istiləşəndə götürülməlidir. 
    Feyxoa kolları şaxtaya davamlı olsa da qarın ağırlığından, küləyin təsirindən tez qırılır. Bağlarda qış becərməsi başa çatandan sonra ağaclar yığılıb dayaqlara bağlanmalı, dibinə üzvi gübrə tökülməlidir. Yazın əvvəlində ağaclar açılmalıdır ki, çiçəklənmə tez başlasın. Dərhal dibi yumşaldılmalı, yenidən peyin verilməlidir. 
    Limon ağacları da şaxtaya az davamlıdır. Çalışmaq lazımdır ki, havalar soyumamış istixanaların üstü örtülsün. Buna qədər isə bəzi aqrotexniki tədbirlər həyata keçirilməlidir. İstixanalar şumlanıb bəzi yabanı bitkilərdən təmizlənməli, mineral və üzvü gübrələr verilməli, ağacların lazımsız budaqları budanmalıdır.
    Ağacdakı meyvələri yığmaq lazımdır ki, yaza qalmasın. Çünki meyvələr yaza kimi ağacdan qidalandığından çiçəklənmə gecikir ki, bu da növbəti ildə məhsuldarlığı çox aşağı salır. Qışda da bəzi aqrotexniki tədbirlər həyata keçirilməlidir ki, xəstəlik və ziyanvericilər fəsad törədə bilməsin. 
    Son illər rayonumuzda kivi bağları salınmasına da maraq artıb. Həyətyanı sahələrdə də kivi əkənlər var. Bu bitki də üzüm tənəyi kimi budanmalı, dibi yumuşaldılıb, üzvi gübrələr verilməlidir. Sitrus bitkilərinin inkişafı, məhsuldarlığı bugünkü qayğılardan asılıdır.
    Aqrotexniki tədbirləri vaxtında, keyfiyyətlə həyata keçirin.

    Xanoğlan BABAYEV, 
    veteran aqronom.
     
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ