• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Əkinçilik tarixindən Sitrus meyvələri

    Əkinçilik tarixindən Sitrus meyvələri

    • 15-11-2017, 09:12
    • Aqrar
    • 0
    • 3 172
    Əkinçilik tarixindən
    Sitrus meyvələri

    Sitrus latın dilində həmişəyaşıl ağac və ya limon ağacı deməkdir. Sitrus bitkiləri dünyanın subtropik və tropik ərazilərində yayılmış, 40-dək növü – limon, portağal, naringi, feyxoa və s. məlumdur.Keçmiş Sovetlər birliyində sitrus meyvəçiliyini inkişaf etdirmək üçün geniş və əlverişli təbii iqtisadi zonalar yalnız Qərbi Gürcüstanın Kolxida, Azərbaycanın Lənkəran-Astara, Tacikistanın Bəxş dərəsi hesab olunurdu. Mütəxəssislərin fikrincə sitrus meyvələri rütubətli subtropik iqlimdə daha yaxşı inkişaf edir. Bölgəmizdə sitrus meyvələrinin yetişdirilməsi üçün zəruri olan bütün təbii iqlim şəraiti vardır. Ötən əsrin 20-ci illərin sonunda ölkəmizdə sitrus meyvələrinin yetişdirilməsinə başlanmış.1927-ci ildə Gürcüstandan ilk dəfə Lənkərana 8 ədəd ikillik feyxoa ağacı gətirilərək əkilmiş və məhsul verməyə başlamışdır.
    Alimlər tərəfindən aparılan elmi – tədqiqatlar nəticəsində məlum oldu ki, bölgəmizdə feyxoa yetişdirilməsi və inkişafı üçün bütün əlverişli təbii iqlim şəraiti vardır. Ötən əsrin 30-cu illərindən bölgəmizdə ictimai və şəxsi təsərrüfatlarında feyxoa bitkisinin yetişdirilməsinə başlandı. 1930-1970-ci illərdə Lənkəran rayonunda 100 hektar feyxoa bağları salınmışdısa, 1990-cı ildə bu rəqəm 350 hektara çatdırılmışdı. Məhz ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Cənub bölgəsinin təsərrüfat həyatında yeni mərhələ başlandı. 1970-ci ildən sonra bölgəmizdə – Lənkəran, Masallı və Astarada 420 hektardan artıq yeni feyxoa bağları salınması hesabına respublikamız Sovetlər birliyində feyxoa bağlarının sahəsinə və məhsuldarlığına görə birinci yerə çıxmışdı. 
    Bölgəmizdə mühüm əhəmiyyət kəsb edən sitrus meyvələrindən biri də limondur. Limon həmişəyaşıl, orta boylu ağacdır. Vətəni Asiyanın cənub-şərq rayonlarıdır, burada qədim çağlardan yetişdirilir, çox qiymətli meyvədir.
    Bölgəmizdə naringi də becərilir. Fransız, ispan və rus və s. xalqlar buna “mandarin” deyirlər. Bu bitkinin vətəni Çindir. Avropa xalqları naringi ilə ilk dəfə XIX əsrdə tanış olmuşlar. Meyvənin xoşagələn dadı onun sürətlə yayılmasına səbəb olmuşdur. Azərbaycanda ilk limon, naringi, portağal təsərrüfatı 1933-cu ildə Astara rayonunda təşkil olunmuşdur. 
    Portağal sitrus meyvə ağacıdır, meyvəsi şirindir. Bu qiymətli bitki ilk dəfə eramızdan əvvəl III əsrdə Çində becərilmişdir. “Portağal” sözü “Çin alması” deməkdir. Avropada XVəsrdən məlumdur.
    Portağalın təbii və sənaye əhəmiyyəti vardır. Meyvəsindən alınan şirə dünyada geniş istifadə olunan ən yaxşı içki hesab olunur. Dahi Nizami limonla portağalı belə vəsf edirdi: 
    “Hər çeşid mürəbbə, turşu meyvə var,
    Limonla portağal, narınc ilə nar.” 
    Sitrus meyvələrində insan orqanizminə faydalı olan qiymətli maddələr vardır. Bu bitkilərin meyvəsi yeyilir, ondan şirə, mürəbbə, kompot, cem və s. hazırlanır. Yarpağı, çiçəyi və meyvəsinin qabığından hazırlanan efir yağı ətriyyatda işlədilir. Məsələn, feyxoanın meyvəsi və şirəsi ateroskleroz, sinqa və qalxanabənzər vəzinin müalicəsində istifadə olunur. Limon hipertoniya, diabet, qara ciyər, naringi xroniki mədə-bağırsaq xəstəliklərinin, portağal xronuki qəbzlik, hipetoniya, qara ciyər, podaqra xəstəliklərinin müalicəsində əhəmiyyətli rol oynayır. Bu insan həyatı üçün qiymətli bitkilərin respublikamızda daha geniş şəkildə becərilməsi əhalinin ərzağa, meyvə-tərəvəzə tələbatı ilə yanaşı tibbi, sağlamlığı baxımından vacib və məqsədəuyğundur.
    Ölkəmizdə sitrus bitkilərinin vətəni sayılan bölgəmizdə sovetlər birliyi dönəmində 100 tonlarla limon, naringi, portağal yetişdirilmiş, əhalinin əsas gəlir mənbələrindən birinə çevrilmişdi. Rayonumuzun dağətəyi ərazisində çoxsaylı sitrus bağları salınmışdı. Ötən əsrin 90-cı illərində Masallı rayonunda 132 hektar sahədə sitrus bağları olmuşdur ki, onun da 88 hektarını naringi, 44 hektarını feyxoa bağları təşkil etmişdir. Bu bağlardan il ərzində 2200 ton naringi, 473 ton feyxoa toplanmışdır. Sovetlər birliyi dağıldıqdan sonra böyük zəhmət hesabına başa gəlmiş sitrus bağları baxımsızlıqdan məhv edildi. Son illər bölgəmiz üçün ənənəvi olan təsərrüfat sahələrinin, sitrus meyvəçiliyinin intensiv inkişafı ilə bağlı dövlət tərəfindən ciddi addımlar atılır. Prezident İlham Əliyevin sədrliyi ilə çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələsinə dair Lənkəranda keçirilən respublika müşavirəsində dövlət başçısı sitrus bitkilərinin inkişaf etdirilməsi və perspektivləri, ona dövlət qayğısı və digər məsələlərdən bəhs edərək demişdir ki, “sitrus meyvələrinin istehsalına gəldikdə, bu sahəyə də çox böyük diqqət göstərilir. Deyə bilərəm ki, bu sahədə də artım var. Misal üçün, 2000-ci ildə 1700 hektarda sitrus meyvələri əkilmişdisə, hazırda 2500 hektarda əkilir. Artım var, ancaq artım daha da sürətli ola bilər. Qeyd etməliyəm ki, dağətəyi ərazilərdə, yamaclarda terras üsulu ilə sitrus bağlarının salınması məsələlərinə baxmaq lazımdır. Əlbəttə ki, su təminatı olmalıdır. Məndə bəzi rəqəmlər var, hesab edirəm ki, fermerlər üçün maraqlı olar. Keçən il 470 hektarda limon, 255 hektarda portağal, 1700 hektarda naringi əkilmişdir. Yeni soyuducu kameralar yaradılmalıdır və sitrusçuluq üçün kiçik qabaritli xüsusi texnikanın gətirilməsi də mütləq lazımdır. Bu sahədə olan problemlərdən biri də mütəxəssis çatışmazlığıdır. Bizim Aqrar Elm Mərkəzində bu məsələyə baxılmalıdır, lazım olarsa ilkin mərhələdə xaricdən də mütəxəssislər cəlb edilməlidir ki, bu sahə sürətlə inkişaf etdirilsin.”
    Musarza MİRZƏYEV,
    Ə məkdar müəllim.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 12:28 Vətənə xidmətdə keçən ömür
    2. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    4. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    5. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    6. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    7. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    9. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    10. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    11. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    12. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    13. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    14. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    15. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    16. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    17. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    18. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    19. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    20. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    21. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    22. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    23. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    24. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    26. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    27. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    28. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    29. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    30. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    31. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    32. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    33. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    34. 11:15 DİQQƏT! DİQQƏT!
    35. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    36. 13:51 Masallı rayonunun 95-ci ili
    37. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    38. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    39. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    40. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ