• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Rusiyanın “Arxangelsk” qəzetində Azərbaycanın Birinci vitse-prezidentinə həsr olunan geniş məqalə dərc edilib

    Rusiyanın “Arxangelsk” qəzetində Azərbaycanın Birinci vitse-prezidentinə həsr olunan geniş məqalə dərc edilib

    AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya həsr olunub.

    Mehriban xanım Əliyeva haqqında bioqrafik məlumatların yer aldığı yazıda qeyd edilir ki, o, tanınmış ziyalı ailəsində doğulub, orta məktəbi qızıl medalla, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu isə fərqlənmə diplomu ilə bitirib.

    “Xoşməramlı səfir” bölməsində Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği sahəsində Mehriban xanımın xidmətlərindən, onun milli mədəni irsin qorunub saxlanmasına və ölkənin şifahi xalq yaradıcılığının inkişafına yönələn fəaliyyətindən danışılır. Vurğulanır ki, məhz bu xidmətlərə görə ona 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adları verilib. Məhz bütün sahələrdə fədakar və genişmiqyaslı fəaliyyəti ona bu yüksək adları qazandırıb. “Burada həm sivilizasiyalararası dialoqa töhfə, həm qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitlərinin daha da yaxşılaşdırılması, həm təhsilin dəstəklənməsi, həm İslam dünyasında həyata keçirilən layihələrdə iştirak var”, - deyə məqalədə bildirilir. Xüsusilə vurğulanır ki, Mehriban xanım Əliyeva təkcə müasir Azərbaycanı deyil, həm də xalqın dərin tarixi və mədəni köklərini göstərmək, Azərbaycan incəsənətinin, ədəbiyyatının nailiyyətlərini bütün dünyaya çatdırmaq imkanlarından tam istifadə edir.

    Yazıda ana, uşaq və ailənin sağlamlığının möhkəmləndirilməsi və qorunması işində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri xatırlanır, bu fəaliyyətinə görə onun Dünya Səhiyyə Təşkilatının mükafatı, 2010-cu ildə isə UNESCO-nun qızıl medalı ilə təltif edildiyi qeyd olunur.

     Məqalədə Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətinə xüsusi yer ayrılır. Burada Fondun təkcə Azərbaycanda deyil, həm də xaricdə, o cümlədən Rusiyanın Arxangelsk, Volqoqrad, Ulyanovsk şəhərlərində reallaşdırdığı çoxsaylı sosial və mədəni layihələr xatırladılır.

    Həmçinin məqalədə Mehriban Əliyevanın dəstəyi ilə keçirilən idman və mədəniyyət tədbirlərindən danışılır. Məsələn, bu ilin mayında Bakıda keçirilmiş, Təşkilat Komitəsinə Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi IV İslam Həmrəyliyi Oyunlarının böyük uğuru xatırlanır. Dünya ictimaiyyətinin diqqətini cəlb edən Formula-1 yarışı, 2012-ci ildə Bakıda yüksək səviyyədə təşkil edilmiş “Eurovision” mahnı müsabiqəsi də vurğulanır.

     Məqalədə Azərbaycan-Rusiya dostluğunun möhkəmlənməsinə Mehriban Əliyevanın sanballı töhfəsindən, Azərbaycan və Arxangelsk vilayəti arasında genişlənən əlaqələrdən danışılır. Rusiyanın bu regionunda Azərbaycan Ticarət Evinin və Heydər Əliyev adına Dostluq Mərkəzinin açılmasının planlaşdırıldığı bildirilir. Azərbaycanın Arxangelsk vilayətindəki diasporunun nümayəndələri

    Mehriban xanım Əliyevanı ad günü münasibətilə təbrik edərək ona cansağlığı, ailə səadəti, uğurlu və məhsuldar iş arzulayır, onun ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması ilə Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliklərini bildirirlər.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ