• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edirlər

    Rusiyalı siyasətçilər və mədəniyyət xadimləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edirlər

    AZƏRTAC “Moskva-Baku.ru” informasiya portalına istinadla xəbər verir ki, rusiyalı siyasətçilər, mədəniyyət xadimləri, tanınmış teleaparıcılar və ictimai xadimlər bu əlamətdar gün münasibətilə Mehriban Əliyevanı təbrik edirlər.

    Rusiyanın mədəniyyət naziri Vladimir Medinski təbrik məktubunda yazır: “Mehriban Arif qızı Rusiyada mədəniyyət işçiləri və mədəniyyət xadimləri arasında böyük hörmət qazanıb. Hamı onu təkcə Azərbaycan Prezidentinin xanımı və ölkənin ali vəzifəli şəxslərindən biri kimi deyil, həm də mədəniyyət məsələlərinə dərindən bələd olan və mədəni proseslərə təəssübkeşliklə yanaşan bir insan kimi tanıyır. Tretyakov qalereyasında “Abşeron ulduzları” sərgisində yaranmış izdiham, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə bizim birgə tədbirlərimiz, Mehriban Arif qızının himayəsi altında keçirilən Rostropoviç müsabiqəsi – bütün bunlar Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində yaranmış yaxşı, səmərəli və məhsuldar münasibətlər mozaikasında yalnız kiçik elementlərdir. Bu elementlər həm də Mehriban Arif qızının himayədarlığı sayəsində bu dərəcədə parlaq və uğurlu olub”.

     Vladimir Medinski Azərbaycanın Birinci vitse-prezidentinə bundan sonra da bu cür xoşniyyətli, məsələlərin təfərrüatına varmağı bacaran, xeyirxah, səmimi insan, Rusiyanın, Azərbaycanın, Qafqazın çoxsaylı mədəniyyət xadimlərinin əsl hamisi kimi qalmasını arzu edib.

     Tanınmış teleaparıcı Evelina Zakamskaya Azərbaycanın Birinci vitse-prezidentinə ünvanlanmış təbrikində yazır: “Sizə, ilk növbədə, qadın, ana və ailə xoşbəxtliyi arzu etmək istəyirəm. Ona görə ki, qadın yalnız bu halda həqiqətən xoşbəxt olur və yalnız xoşbəxt insan ətrafdakılara nur, şəfqət və sevinc bəxş edə bilər. Siz isə bütün bunları Azərbaycan xalqı ilə bölüşürsünüz”.

    “Spravedlivaya Rossiya” Partiyasının lideri Sergey Mironov Azərbaycanın birinci xanımına ünvanlanmış təbrikində vurğulayır: “Mehriban Əliyeva ilə görüşmək nəsib olmuş insanların hər biri onun səmimiyyətini, erudisiyasını, problemlərin optimal həllini axtarmaq səyini qeyd edir”. S.Mironov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və tutduğu yüksək vəzifədə uğurlar arzulayır.

    Yazıçı Aleksandr Proxanov Mehriban Əliyevanın ağlına, incə mühakimələrinə və səmimiyyətinə heyran olduğunu bildirir. Məşhur yazıçının təbrik məktubunda deyilir: “Şübhə etmirəm ki, bu qədər yüksək dövlət vəzifəsi tutmaqla bərabər, Siz çətin vəziyyətlə üzləşmiş insanların imdadına çatmağa, sənətkarları ruhlandırmağa və həvəsləndirməyə, mübahisəli məsələləri sülhpərvərliyiniz, kompromis və təmkinliliyiniz sayəsində həll etməyə vaxt tapırsınız. Bu gün Sizə müraciət edərkən Sizin ecazkar ölkəni, Sizin lacivərd dənizi, Sizin bərəkətli bağları xatırlayıram. Mən Azərbaycanı müəyyən mənada həm də öz Vətənim hesab edirəm. Mən molokanlardanam, Azərbaycandakı İvanovka kəndi mənim ulu vətənimdir. Sizə böyük uğurlar və ruh yüksəkliyi arzu etmək istəyirəm”.

     Müğənnilər Kristina Orbakayte və Vera Brejneva, İslam Biznes Assosiasiyasının prezidenti Marat Kabayev, teleaparıcı Angelina Vovk, Böyük Teatrın baş direktoru Vladimir Urin də Azərbaycanın Birinci vitse-prezidentinin ünvanına təbriklər göndəriblər.

    Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski təbrik məktubunda Azərbaycanın birinci xanımının bioqrafiyasının parlaq səhifələrini qeyd edərək yazır: “Hazırda Mehriban Əliyeva Azərbaycanda ikinci şəxsdir. Onun üzərinə millət, xalq üçün böyük məsuliyyət düşür. Hətta güclü kişilər də həmişə bu cür yükü daşıya bilmir, xanım Əliyeva isə bu yükü özünəməxsus məharət və bacarıqla daşıyır, eyni zamanda, bu cür qayğıkeş və başqalarının ehtiyaclarına həssas insan kimi qalır. Bəlkə də bu, onun daxili qüvvəsi, gözəl ailəsi və qüsursuz bioqrafiyası, bircə dəqiqə belə boş vaxtı olmayacaq həyat sürməyə hazır olması ilə bağlıdır”.

    Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edərək onun dünya arenasında Azərbaycanın mövqelərinin gücləndirilməsinə, respublikanın çoxdankı strateji tərəfdaşı olan Rusiya ilə dostluq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş çoxşaxəli fəaliyyətindən danışır. Rusiya siyasətçisinin təbrik məktubunda deyilir: “Sizin şəksiz hərtərəfli istedadınız, qeyri-adi iradəniz və heyrətamiz intuisiyanız Sizi zəmanəmizin ən erudisiyalı siyasətçilərindən birinə çevirir, istər Azərbaycanda, istərsə də bütün dünyada uğurlu qadınların çoxu Sizdən nümunə götürür”.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    2. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    3. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    4. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    5. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    6. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    7. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    8. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    9. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    10. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    11. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    12. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    13. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    14. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    15. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    16. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    17. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    18. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    19. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    20. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    21. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    22. 11:15 DİQQƏT! DİQQƏT!
    23. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    24. 13:51 Masallı rayonunun 95-ci ili
    25. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    26. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    27. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    28. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    29. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    30. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    31. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    32. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    33. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    34. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    35. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    36. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    37. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    38. 18:41 Masallının yollarında təmir işləri davam etdirilir 15-31 iyul 2025
    39. 18:38 Masallıda 15-31 iyul 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    40. 18:09 Masallıda abadlıq və xeyriyyə işləri 15-31 iyul 2025
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ