Главная > İqtisadiyyat > MASALLININ KOLATAN KƏNDİNDƏ YOLLAR TƏMİR EDİLİR

MASALLININ KOLATAN KƏNDİNDƏ YOLLAR TƏMİR EDİLİR


27-06-2020, 14:26. Разместил: yeni321
Kolatanda kəndlərarası yolun təmirinə başlanılıb 

Masallı rayonunun Böyük Kolatan və Bala Kolatan kəndlərini birləşdirən 350 metrlik yolun əsaslı təmirinə bağlanılıb.
Təmir-bərpa işləri kənd əhalisinin və Rusiya Federasiyasında yaşayan soydaşlarımızın topladığı vəsait hesabına həyata keçirilir.
Hazırda sakinlərin istəyi ilə çəpərlər sökülür, yol 6-8 metrədək genişləndirilir. Yolun kənarında olan kollar təmizlənir. Yolboyu 150 metrlik qrunt-çirkab sularının axıdılması üçün novlar çəkilib.
İlkin işlər yekunlaşdıqdan sonra 350 metrlik yola asfalt döşənməsi, Kolatan çayının üzərində yeni körpünün salınması nəzərdə tutulub.

 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад