MASALLININ KOLATAN KƏNDİNDƏ YOLLAR TƏMİR EDİLİR
- 27-06-2020, 14:26
- İqtisadiyyat
- 0
- 1 482

Masallı rayonunun Böyük Kolatan və Bala Kolatan kəndlərini birləşdirən 350 metrlik yolun əsaslı təmirinə bağlanılıb.
Təmir-bərpa işləri kənd əhalisinin və Rusiya Federasiyasında yaşayan soydaşlarımızın topladığı vəsait hesabına həyata keçirilir.
Hazırda sakinlərin istəyi ilə çəpərlər sökülür, yol 6-8 metrədək genişləndirilir. Yolun kənarında olan kollar təmizlənir. Yolboyu 150 metrlik qrunt-çirkab sularının axıdılması üçün novlar çəkilib.
İlkin işlər yekunlaşdıqdan sonra 350 metrlik yola asfalt döşənməsi, Kolatan çayının üzərində yeni körpünün salınması nəzərdə tutulub.


“Yeni həyat”,
www.yeniheyet.az