Главная > İqtisadiyyat > Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir
Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir8-09-2020, 22:26. Разместил: yeni321 |
![]() Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunan uşaq bağçasının tikintisi sürətlə davam edir. Məlumat üçün bildirək ki, şəhərin Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 1 iyul 2020-ci il tarixdən başlanmışdır. İkimərtəbəli bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır. Hazırda binanın tikintisi başa çatdırılmış, içərisinin, fasadının bəzək və suvaq işlərinə başlanmışdır. Tikinti obyektində işlər gündən-günə sürətlənir. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |