Masallı şəhərində uşaq bağçasının tikintisi sürətlə davam etdirilir
- 8-09-2020, 22:26
- İqtisadiyyat
- 0
- 864

Masallıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni inşa olunan uşaq bağçasının tikintisi sürətlə davam edir.
Məlumat üçün bildirək ki, şəhərin Səməd Vurğun küçəsində 100 yerlik uşaq-tərbiyə müəssisəsinin tikintisinə 1 iyul 2020-ci il tarixdən başlanmışdır. İkimərtəbəli bağçada uşaqların əylənməsi üşün hər cür şərait yaradılacaqdır.
Hazırda binanın tikintisi başa çatdırılmış, içərisinin, fasadının bəzək və suvaq işlərinə başlanmışdır.
Tikinti obyektində işlər gündən-günə sürətlənir.
“Yeni həyat”,
www.yeniheyet.az