• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MİDA-nın Hövsan Yaşayış Kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MİDA-nın Hövsan Yaşayış Kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev MİDA-nın Hövsan Yaşayış Kompleksində ilk binanın təməlqoyma mərasimində iştirak edib


    Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimi keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

    Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev əvvəlcə Agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin tikintisinin hazırkı vəziyyəti barədə məlumat verdi. Bildirildi ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə təməlqoyma mərasimi keçirilən Yasamal Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir. 1843 ailəni mənzillə təmin edə biləcək bu yaşayış kompleksinin 29 çoxmənzilli binasının hər birinin müxtəlif icra mərhələlərində olan tikintisi, həmçinin ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel həyata keçirilir. Kompleksin ilk 12 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəbi binasının tikinti-quraşdırma işləri artıq başa çatdırılıb. Növbəti ilin yay aylarında kompleksin ilk mənzillərinin gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək.

    Yasamal Yaşayış Kompleksinin tikintisində 20-dən artıq şirkət iştirak edir və ümumi tikinti prosesinə 3 min nəfərə yaxın işçi cəlb olunub. “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na əsasən güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib. www.yasamal.mida.az internet səhifəsində informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq mümkündür. Səhifəyə daxil olanlar Yasamal Yaşayış Kompleksinin baş planı, hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqlarının sayı, interyer nümunələri ilə tanış ola biləcəklər. Bu internet səhifəsi vasitəsilə kompleksin layihə xüsusiyyətləri, sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, tikinti və təmir zamanı istifadə olunan inşaat materialları haqqında da ətraflı məlumat əldə etmək mümkündür. Saytda, həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, qurumla əməkdaşlıq edən banklar və digər məlumatlar var. Bu il mayın 30-da “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemində güzəştlə mənzil əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına başlanılıb. Bu sistem vasitəsilə 7500-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənib. Bu gün vətəndaşlar əlavə vaxt itirmədən elektron imzadan istifadə edərək tələb olunan sənədləri internet vasitəsilə təqdim edirlər. Həmçinin “ASAN xidmət” mərkəzlərində Agentliyin əməkdaşlarının fəaliyyəti təşkil olunub. Agentlik tərəfindən tezliklə “Güzəştli mənzil” sisteminin növbəti satış modulu da istifadəyə veriləcək və vətəndaşlar üçün bütövlükdə yaşayış kompleksinin hər bir binası, satışa çıxarılan mənzillərin interyeri ilə virtual qaydada tanış olmaq və seçim etmək imkanı təmin ediləcək. Agentlik “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş hədəfləri rəhbər tutaraq dövlət büdcəsindən asılılığı minimuma endirmək məqsədilə özəl investisiya şirkətləri ilə səmərəli əməkdaşlığın qurulmasına nail olub.
     
    Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsinin yaxınlığında inşa olunacaq Hövsan Yaşayış Kompleksi Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşəcək. Kompleksin 20 hektarlıq ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur. Ərazidə yaşıllaşdırma prosesinin fəal surətdə davam etdirilməsi üzrə planlar Hövsan Yaşayış Kompleksinin gələcək sakinlərinin ekoloji cəhətdən təmiz və sağlam mühitdə yaşayışı üçün zəmin yaradır. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarət olacaq. Bunlardan yeddisinin yeddimərtəbəli on səkkiz girişli, dördünün isə onmərtəbəli bir girişli olması nəzərdə tutulur. Bu binalarda, ümumilikdə, 3002 mənzil olacaq ki, onlardan 280-nin birotaqlı, 1481-nin ikiotaqlı, 940-nın üçotaqlı, 301-nin isə dördotaqlı olması planlaşdırılır. Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edəcək. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə vətəndaşlara təklif olunacaq.

    Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır.

    Dövlətimizin başçısı Hövsan Yaşayış Kompleksində inşa ediləcək ilk yeddimərtəbəli binanın təməlini qoydu.

    Sonda xatirə şəkli çəkdirildi.шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    2. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    3. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    4. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    5. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    6. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    7. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    8. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    9. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    10. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    11. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    12. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    13. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    14. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    15. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    16. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    17. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    18. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    19. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    20. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    21. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    22. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    23. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    24. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    25. 11:15 DİQQƏT! DİQQƏT!
    26. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    27. 13:51 Masallı rayonunun 95-ci ili
    28. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    29. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    31. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    32. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    33. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    34. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    35. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    36. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    37. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    38. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    39. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    40. 18:43 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 15-31 iyul 2025-ci il
    «    Avqust 2025    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    DÜNYA XƏBƏRLƏRİ