Главная > İqtisadiyyat > Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur
Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur22-09-2020, 19:07. Разместил: yeni321 |
Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin də inkişafına səbəb olur. Söhbət Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ümumi uzunluğu 3,2 kilometr yeni asfalt döşənəcək M3 160+800 və M3 163+300 avtomobil yollarından gedir. Sözügedən yollarda təmir işləri yüksək keyfiyyətlə həyata keçirilir. Yola kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla asfaltın üst qatının qaşınmasına başlanılmışdır. Sentyabrın 22-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yolun həmin hissəsində işlərlə tanış olmuşdur. Yol inşaatçılarının işləri ilə tanış olan rayon rəhbəri AAYDA-nin əməkdaşlarının Masallıda gördükləri keyfiyyətli işlərdən söhbət açmışdır. İcra başçısı inşaatçılara tövsiyələrini vermiş, yol kənarlarında beton səki daşlarının qoyulmasını tapşırmışdır. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |