Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur
- 22-09-2020, 19:07
- İqtisadiyyat
- 0
- 660
Masallıda 3,2 kilometr uzunluğunda asfalt yol yenidən qurulur
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin də inkişafına səbəb olur. Söhbət Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən ümumi uzunluğu 3,2 kilometr yeni asfalt döşənəcək M3 160+800 və M3 163+300 avtomobil yollarından gedir. Sözügedən yollarda təmir işləri yüksək keyfiyyətlə həyata keçirilir. Yola kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla asfaltın üst qatının qaşınmasına başlanılmışdır.
Sentyabrın 22-də Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov yolun həmin hissəsində işlərlə tanış olmuşdur.
Yol inşaatçılarının işləri ilə tanış olan rayon rəhbəri AAYDA-nin əməkdaşlarının Masallıda gördükləri keyfiyyətli işlərdən söhbət açmışdır.
İcra başçısı inşaatçılara tövsiyələrini vermiş, yol kənarlarında beton səki daşlarının qoyulmasını tapşırmışdır.
“Yeni həyat”,
www.yeniheyet.az