Главная > İqtisadiyyat > MASALLI: Şərəfə və Viləş kəndlərində abadlıq işləri

MASALLI: Şərəfə və Viləş kəndlərində abadlıq işləri


22-12-2021, 22:14. Разместил: yeni321
AĞAKİŞİBƏYLİ KƏNDİNDƏ 2 KİLOMETR YOL TƏMİR OLUNUB

Masalli rayonunun Şərəfə ərazisində iş adamları və xeyriyyəçilərin vəsaiti hesabına Ağakişibəyli kəndini Şərəfə kənd tam orta məktəbi ilə birləşdirən 2 kilometrlik yol təmir olunub. Yola əvvəlcə qum-çınqıl, sonra da qırma daş tökülərək yayılıb.

VİLƏŞ KƏNDİNDƏ XEYRİYYƏ İŞLƏRİ

Viləş kəndində xeyriyyəçilər tərəfindən bir sıra abadlıq-quruculuq işləri görülüb. Ərazi nümayəndəliyindən Yeniheyet.az-a verilən məlumatda bildirilir ki, kənd məktəbinə gedən yola iki maşın qırma daş tökülərək yayılmış, kənd qəbiristanında işıqlandırma sistemi yaradılmışdır.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад