MASALLI: Şərəfə və Viləş kəndlərində abadlıq işləri
- 22-12-2021, 22:14
- İqtisadiyyat
- 0
- 1 109

Masalli rayonunun Şərəfə ərazisində iş adamları və xeyriyyəçilərin vəsaiti hesabına Ağakişibəyli kəndini Şərəfə kənd tam orta məktəbi ilə birləşdirən 2 kilometrlik yol təmir olunub. Yola əvvəlcə qum-çınqıl, sonra da qırma daş tökülərək yayılıb.
VİLƏŞ KƏNDİNDƏ XEYRİYYƏ İŞLƏRİ
Viləş kəndində xeyriyyəçilər tərəfindən bir sıra abadlıq-quruculuq işləri görülüb. Ərazi nümayəndəliyindən Yeniheyet.az-a verilən məlumatda bildirilir ki, kənd məktəbinə gedən yola iki maşın qırma daş tökülərək yayılmış, kənd qəbiristanında işıqlandırma sistemi yaradılmışdır.www.yeniheyet.az