Главная > İqtisadiyyat > Güllütəpənin fındıq bağları
Güllütəpənin fındıq bağları20-12-2017, 16:22. Разместил: yeni321 |
Güllütəpənin fındıq bağları İş yerində... Bağçılıq kənd təsərrüfatının əsas sahələrindəndir. Bu sahə əsasən ölkəmizin Quba, Qusar, Zaqatala-Qax-Balakən rayonlarında inkişaf etmişdir. Sovetlər dönəmindən sonra bölgəmizdə çay plantasiyaları, limon, mandarin, feyxoa bağları məhv edildiyi kimi həmin rayonlarda da alma, ərik, armud, fındıq, qoz bağları unuduldu. Baxımsızlıqdan on min hektarlarla bağ sıradan çıxdı. Bu gün ölkədə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı yönümündə çox vacib layihələr yaradılır, tədbirlər həyata keçirilir. 2017-ci ildə ölkə Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə əlaqədar respublikanın bir çox regionlarında olmuş, müşavirələr keçirmiş, təcrübəli əmək adamları ilə görüşmüş, onlarla fikir mübadiləsi aparmışdır. Həmin tədbirlərdə pambıqçılığın, tütünçülük, fındıqçılıq və baramaçılığın¸ çəltikçilik, çayçılıq və sitrusçuluğun inkişafından söhbət getmişdir ki, bu da ölkədə kənd təsərrüfatının əsas sahələrini əhatə edir. Ölkə rəhbərinin bölgələrdəki müşavirələri əmək adamları, xüsusilə fermerlərin yeni təsərrüfat sahələrini yaratmalarına stimul vermişdir. İndi respublikanın bölgələrində ənənəvi sahələrin inkişafı üçün tədbirlər həyata keçirilir. Ölkə Prezidentinin təbirincə desək, bölgələrimiz üçün ənənəvi olmayan sahələr də inkişaf etdirilir. Rayonumuzda son illərdə kivi, feyxoa yetişdirilməsi, tütünçülüyə önəm verilməsi, fındıq, tut və digər bağların salınmasına diqqət və maraq artıb. Güllütəpə ərazi nümayəndəsi Əlövsət Muradovla kəndlərdə bağsalmaya münasibətdən söz salanda öyrəndik ki, son illər bu sahədə bəzi işlər görülüb. Kənd sakini İntiqam Bağırov bu sahədə təşəbbüs göstərib. Ötən il 1,5 hektar sahədə fındıq bağı salıb. Gənc həvəskar Zaqataladan gətirdiyi tingləri torpağa köçürmüşdür. Bağda aqrotexniki tədbirlər mütəmadi həyata keçirilir. Üstəlik bağlarda 3-4 nəfərin məşğulluğu təmin da olunub. Əlövsət müəllim meşə sahəsində 1,7 hektara, köhnə zuvandlı Rahim Bəşirov 1 hektar fındıq bağı salmasını qeyd edir. Ərazini birləşdirən Yolağac, Köhnə və Təzə Zuvand kəndlərinin iqlim şəraiti burada fındıq, qoz və digər meyvə bağları salınmasına imkan yaradır. Ancaq sakinləri bu sahədə maarifləndirmək, onlara maddi və mənəvi dəstək olmaq vacibdir. Ərazi nümayəndəsi özü bunu etiraf edir. Sovetlər dönəmində burada min tondan çox tərəvəz məhsulları istehsal edilirdi. Heyvandarlığın inkişafına da önəm verilərdi. Son 25 ildə isə ərazidə təsərrüfatın bütün sahələri unudulmuşdu. Kənd ağsaqqalları, ziyalılar, iş adamları torpağa qayıdış üçün təşəbbüs göstərməli, gənclərdə bu sahəyə maraq oyatmalıdırlar. Güllütəpə ərazisində yerli şəraitə uyğun təsərrüfat sahələri yaradılmalıdır. Burada fındıq, qoz, əzgil, alma, feyxoa bağları salmaq, kartofçuluğa diqqət yetirmək böyük iqtisadi fayda verə bilər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstəkdən danışaraq göstərmişdir ki, ilk növbədə əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olublar, təkcə torpaq vergisindən başqa. Əlbəttə ki, bu dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə mümkün deyil. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Yəni sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir. Bu, dövlətin torpaqla məşğul olmaq istəyənlərə həm də mənəvi dayağıdır. Həsənağa ƏLİYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |