• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Güllütəpənin fındıq bağları

    Güllütəpənin fındıq bağları

    Güllütəpənin fındıq bağları

    İş yerində...


    Bağçılıq kənd təsərrüfatının əsas sahələrindəndir. Bu sahə əsasən ölkəmizin Quba, Qusar, Zaqatala-Qax-Balakən rayonlarında inkişaf etmişdir. Sovetlər dönəmindən sonra bölgəmizdə çay plantasiyaları, limon, mandarin, feyxoa bağları məhv edildiyi kimi həmin rayonlarda da alma, ərik, armud, fındıq, qoz bağları unuduldu. Baxımsızlıqdan on min hektarlarla bağ sıradan çıxdı.
    Bu gün ölkədə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı yönümündə çox vacib layihələr yaradılır, tədbirlər həyata keçirilir. 2017-ci ildə ölkə Prezidenti cənab İlham Əliyev kənd təsərrüfatının inkişafı ilə əlaqədar respublikanın bir çox regionlarında olmuş, müşavirələr keçirmiş, təcrübəli əmək adamları ilə görüşmüş, onlarla fikir mübadiləsi aparmışdır. Həmin tədbirlərdə pambıqçılığın, tütünçülük, fındıqçılıq və baramaçılığın¸ çəltikçilik, çayçılıq və sitrusçuluğun inkişafından söhbət getmişdir ki, bu da ölkədə kənd təsərrüfatının əsas sahələrini əhatə edir. Ölkə rəhbərinin bölgələrdəki müşavirələri əmək adamları, xüsusilə fermerlərin yeni təsərrüfat sahələrini yaratmalarına stimul vermişdir. İndi respublikanın bölgələrində ənənəvi sahələrin inkişafı üçün tədbirlər həyata keçirilir. Ölkə Prezidentinin təbirincə desək, bölgələrimiz üçün ənənəvi olmayan sahələr də inkişaf etdirilir.
    Rayonumuzda son illərdə kivi, feyxoa yetişdirilməsi, tütünçülüyə önəm verilməsi, fındıq, tut və digər bağların salınmasına diqqət və maraq artıb.
    Güllütəpə ərazi nümayəndəsi Əlövsət Muradovla kəndlərdə bağsalmaya münasibətdən söz salanda öyrəndik ki, son illər bu sahədə bəzi işlər görülüb. Kənd sakini İntiqam Bağırov bu sahədə təşəbbüs göstərib. Ötən il 1,5 hektar sahədə fındıq bağı salıb. Gənc həvəskar Zaqataladan gətirdiyi tingləri torpağa köçürmüşdür. Bağda aqrotexniki tədbirlər mütəmadi həyata keçirilir. Üstəlik bağlarda 3-4 nəfərin məşğulluğu təmin da olunub.
    Əlövsət müəllim meşə sahəsində 1,7 hektara, köhnə zuvandlı Rahim Bəşirov 1 hektar fındıq bağı salmasını qeyd edir.
    Ərazini birləşdirən Yolağac, Köhnə və Təzə Zuvand kəndlərinin iqlim şəraiti burada fındıq, qoz və digər meyvə bağları salınmasına imkan yaradır.
    Ancaq sakinləri bu sahədə maarifləndirmək, onlara maddi və mənəvi dəstək olmaq vacibdir. Ərazi nümayəndəsi özü bunu etiraf edir. Sovetlər dönəmində burada min tondan çox tərəvəz məhsulları istehsal edilirdi. Heyvandarlığın inkişafına da önəm verilərdi. Son 25 ildə isə ərazidə təsərrüfatın bütün sahələri unudulmuşdu. Kənd ağsaqqalları, ziyalılar, iş adamları torpağa qayıdış üçün təşəbbüs göstərməli, gənclərdə bu sahəyə maraq oyatmalıdırlar. Güllütəpə ərazisində yerli şəraitə uyğun təsərrüfat sahələri yaradılmalıdır. Burada fındıq, qoz, əzgil, alma, feyxoa bağları salmaq, kartofçuluğa diqqət yetirmək böyük iqtisadi fayda verə bilər.
    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstəkdən danışaraq göstərmişdir ki, ilk növbədə əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olublar, təkcə torpaq vergisindən başqa. Əlbəttə ki, bu dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə mümkün deyil. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Yəni sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir.
    Bu, dövlətin torpaqla məşğul olmaq istəyənlərə həm də mənəvi dayağıdır.

     Həsənağa ƏLİYEV,
           “Yeni həyat”,
      www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    2. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    3. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    4. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    5. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    6. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    7. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    8. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    9. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    10. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    11. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    12. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    13. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    14. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    15. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    16. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    17. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    18. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    19. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    20. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    21. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    22. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    23. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    24. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    25. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    26. 11:15 DİQQƏT! DİQQƏT!
    27. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    28. 13:51 Masallı rayonunun 95-ci ili
    29. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    30. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    31. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    32. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    33. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    34. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    35. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    36. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    37. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    38. 23:30 Ana dilimiz tarixdən gələn səsimiz, gələcəyə gedən yolumuzdur
    39. 16:27 Rayon rəhbəri xəstəxanada şəhid ailəsini ziyarət etdi-01.08.2025
    40. 23:30 Prezident İlham Əliyev Azərbaycan dili haqqında
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ