Главная > İqtisadiyyat > Arxangelsk vilayətinin nümayəndə heyəti İmişliyə investisiya yatırılması imkanlarını araşdırıblar

Arxangelsk vilayətinin nümayəndə heyəti İmişliyə investisiya yatırılması imkanlarını araşdırıblar


25-12-2017, 15:09. Разместил: yeni321
Arxangelsk vilayətinin nümayəndə heyəti İmişliyə investisiya yatırılması imkanlarını araşdırıblar


Rusiyanın Arxangelsk vilayətinin strateji planlaşdırma və investisiya siyasəti üzrə qubernatorunun birinci müavini Viktor İkonnikov və onun başçılıq etdiyi nümayəndə heyəti İmişliyə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra istehsal müəssisələrində olub, rayona investisiya yatırılması imkanlarını araşdırıblar.
AZƏRTAC-ın bölgə müxbiri Mahir Babayev xəbər verir ki, nümayəndə heyətinin üzvləri və rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Sonra qonaqlar rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar. 
Rayon icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Vilyam Hacıyev ötən il Arxangelsk şəhərinə səfər etdiyini bildirib, iki şəhər arasındakı mövcud möhkəm dostluq əlaqələrindən danışıb, rayonun sosial–iqtisadi və mədəni həyatı barədə məlumat verib.
İmişlidə ayrı-ayrı sahələrə xarici investisiyaların qoyulması üçün əlverişli şəraitin yaradıldığını vurğulayan icra hakimiyyətinin başçısı kənd təsərrüfatı məhsulları istehsalında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
Arxangelsk vilayət qubernatorunun müavini Viktor İkonnikov ölkələrimiz arasındakı dostluq, mədəni və iqtisadi əlaqələrdən danışıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyinin vurğulayıb.
İmişliyə səfər çərçivəsində nümayəndə heyəti rayondakı şəkər və pambıqtəmizləmə zavodlarında olub, ayrı-ayrı istehsal sahələrinə baş çəkiblər. Məlumat verilib ki, şəkər zavodunda sutkada 2 min ton məhsul istehsal olunur və zavodun məhsulları bir neçə xarici ölkəyə göndərilir.
Qonaqlar, həmçinin rayonda dörd hektar ərazidə salınmış istixana kompleksində və şəhər 5 nömrəli texniki fənlər təmayüllü məktəbdə də olublar. Məktəbdə qonaqlar sinif otaqlarını gəzib, rus bölməsinin müəllim və şagirdləri ilə görüşüblər.шаблоны для dle 11.2
Вернуться назад