- Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
-
Heydər Əliyev
RU
EN
Arxangelsk vilayətinin nümayəndə heyəti İmişliyə investisiya yatırılması imkanlarını araşdırıblar
Arxangelsk vilayətinin nümayəndə heyəti İmişliyə investisiya yatırılması imkanlarını araşdırıblarRusiyanın Arxangelsk vilayətinin strateji planlaşdırma və investisiya siyasəti üzrə qubernatorunun birinci müavini Viktor İkonnikov və onun başçılıq etdiyi nümayəndə heyəti İmişliyə səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti bir sıra istehsal müəssisələrində olub, rayona investisiya yatırılması imkanlarını araşdırıblar.AZƏRTAC-ın bölgə müxbiri Mahir Babayev xəbər verir ki, nümayəndə heyətinin üzvləri və rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.Sonra qonaqlar rayondakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən fotoşəkil və sənədlərlə tanış olublar.
Rayon icra hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Vilyam Hacıyev ötən il Arxangelsk şəhərinə səfər etdiyini bildirib, iki şəhər arasındakı mövcud möhkəm dostluq əlaqələrindən danışıb, rayonun sosial–iqtisadi və mədəni həyatı barədə məlumat verib.İmişlidə ayrı-ayrı sahələrə xarici investisiyaların qoyulması üçün əlverişli şəraitin yaradıldığını vurğulayan icra hakimiyyətinin başçısı kənd təsərrüfatı məhsulları istehsalında qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.Arxangelsk vilayət qubernatorunun müavini Viktor İkonnikov ölkələrimiz arasındakı dostluq, mədəni və iqtisadi əlaqələrdən danışıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyinin vurğulayıb.İmişliyə səfər çərçivəsində nümayəndə heyəti rayondakı şəkər və pambıqtəmizləmə zavodlarında olub, ayrı-ayrı istehsal sahələrinə baş çəkiblər. Məlumat verilib ki, şəkər zavodunda sutkada 2 min ton məhsul istehsal olunur və zavodun məhsulları bir neçə xarici ölkəyə göndərilir.Qonaqlar, həmçinin rayonda dörd hektar ərazidə salınmış istixana kompleksində və şəhər 5 nömrəli texniki fənlər təmayüllü məktəbdə də olublar. Məktəbdə qonaqlar sinif otaqlarını gəzib, rus bölməsinin müəllim və şagirdləri ilə görüşüblər.шаблоны для dle 11.2
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- 18:35 Masallıda rayon rəhbəri Banbaşı və Yeyənkənd ərazilərində
- 19:17 Masallıda “Haqqa yüksələn səs” mövzusunda tədbir
- 19:14 Şuşanın tarixi-maddi mənəvi dəyərləri
- 19:11 Masallı Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 2022-ci il tarixli vətəndaş qəbulu
- 19:09 “Şuşa, sən azadsan!” sənədli filmi
- 19:05 Masallı gəncləri yay istirahət düşərgəsində
- 19:01 Masallıda rayon rəhbəri idmançılarla görüşdü
- 19:12 Masallıda arıçılara sublimator avadanlığı verilib
- 19:09 Masallıda rayon rəhbəri Təzəkənd, Sərçuvar, Xıl və Göyəçöl ərazilərində
- 19:01 Masallıda rayon rəhbəri Ərkivan qəsəbəsində şəhid məzarlarını ziyarət etdi
- 18:56 Ərkivan qəsəbə ərazisində səyyar görüş-qəbulu
- 18:53 Masallıda “Gənclərin sosial iştirakçılığı” mövzusunda təlim
- 18:51 Masallıda “Qəhrəmanlarımızı Tanıdaq” layihəsi 10.08.2022
- 17:27 Milli parkın mühafizə rejimini pozan şəxs cəzalandırılıb
- 17:21 DSX: Narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir
- 20:07 Ölkə Başçısı Türkiyənin Konya şəhərində idmançılarla görüşdü
- 20:05 Masallıda şəhid Elçin Novruzovun doğum günü qeyd olundu
- 20:01 Masallıda rayon rəhbəri Qarğalıq və Şərəfə ərazilərində
- 18:02 Masallı idmançısı dünyada III oldu
- 17:59 Masallıda rayon rəhbəri Qızılavar, Lürən, Musaküçə və Öncəqala ərazilərində
- 18:22 Masallıda Məhərrəm ayı ilə əlaqədar maarifləndirici tədbir
- 18:12 Masallıda Ombudsmanın Cənub Regional Mərkəzinin açılışı
- 17:58 Dövlət Məşğulluq Agentliyinin sədri Masallıda vətəndaşları qəbul edib
- 17:53 “Narkomaniyaya qarşı mübarizə sağlam həyat təminatıdır” mövzusunda maarifləndirici tədbir
- 17:50 Masallı Rayon İcra Hakimiyyəti Başçısının 05 avqust 2022-ci il tarixli vətəndaş qəbulu
- 19:07 Masallıda “Vaxtın idarə olunması” mövzusunda görüş keçirilib.
- 19:06 Rayon rəhbəri Qızılağac, Viləş, Yeddioymaq, və Şıxlar ərazilərində
- 17:58 Azərbaycan kinosu xalqımızın milli sərvətidir
- 17:55 “Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri bu gün də yüksək səviyyədədir”
- 17:51 Masallıda rayon rəhbəri Boradigah, Bədəlan, Kolatan və Sığdaş ərazilərində
- 18:59 “İnformasiya texnologiyalarının həyatımızda rolu”
- 18:57 Azərbaycan əlifbası və Azərbaycan dili günü
- 18:54 Rayon rəhbəri Mahmudavar, Türkoba, Tüklə və Hişkədərə ərazilərdində
- 08:58 Qanunsuz ov edən şəxs cəzalandırılıb
- 08:56 Masallıda sarımsaq yığımı
- 08:51 Masallıda bostan bitkilərinin məhsuldarlığı
- 17:48 Azərbaycan əlifbası və Azərbaycan dili günü
- 17:39 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili günü
- 17:21 Vətənin ölməz oğulları
- 17:11 Masallıda ingilis dili danışıq dərsləri