Главная > İqtisadiyyat > Dövlətə məxsus bəzi iri müəssisələr investisiya müsabiqəsinə çıxarılacaq

Dövlətə məxsus bəzi iri müəssisələr investisiya müsabiqəsinə çıxarılacaq


11-03-2023, 18:44. Разместил: admin44

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi prosesinə investorların cəlb edilməsi ilə bağlı işlərini davam etdirir.

Dövlət Xidmətindən bildirilib ki, qurumun portfelində olan bəzi istehsal müəssisələri haqqında məlumatları sahibkarların diqqətinə çatdırmaqla, özəlləşdirilməsinə maraq göstəriləcək müəssisələrin fəaliyyətinin canlandırılması və inkişaf etdirilməsinə dair investisiya təkliflərinin müzakirəsinə açıqdır.

Siyahıda göstərilən əksər müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulduğundan, müsabiqə şərtlərinin hazırlanması zamanı maraqlı şəxslərin təklifləri müzakirə ediləcək.

Ölkə iqtisadiyyatına daha iri həcmdə investisiyaların cəlb edilməsi, mənəvi və fiziki cəhətdən aşınmış müəssisələrin texnoloji modernləşdirilməsi,
onların potensialının səfərbər edilərək rəqabət qabiliyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması, eləcə də yeni iş yerlərinin yaradılması məqsədilə müsabiqələrə çıxarılan müəssisələr real bazar dəyərindən aşağı qiymətə təklif olunmaqla, potensial investorlara dəstək tədbirlərinin tətbiqi imkanları da nəzərdən keçirilə bilər.

Təkliflərin hazırlanması üçün müəssisələrlə və onların maliyyə-iqtisadi göstəriciləri ilə tanış olmaq, habelə yarana biləcək hər hansı sualların cavablandırılması məqsədilə maraq göstərən investorlar Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edə bilərlər (ünvan: Bakı şəhəri, Xətai rayonu, AZ1025, Y.Səfərov küçəsi, 50. Tel.: +99412 4902408 (əlavə – 208 və 191); faks: 99412 903359; e-mail: office@emlak.gov.az.).
Özəlləşdirilməyə çıxarılan dövlət əmlaklarının siyahısı:

Özəlləşdirilməsi nəzərdə tutulan orta və iri müəssisələr haqqında
MƏLUMAT
Müəssisənin adıÜnvanıFəaliyyət profiliSatış üsuluNizamnamə kapitalı (manat)Satılan hissə
(%)
Torpaq sahəsi
(ha)
Tikilialtı sahə
(kv. m)
 1.“Bakı Elektroavtomat” ASCBakı ş., Xəzər rayonu, Binə qəsəbəsiPaylayıcı elektrik lövhələri və daxili elektrik şəbəkəsi məhsullarının istehsalıİnvestisiya müsabiqəsi1.255.487,099,349,3237.576,8
2. “Bakı Teleqrafı” ASCBakı ş., Səbail r-nu, Ü.Hacıbəyov küç, 36Teleqraf xidmətiİnvestisiya müsabiqəsi821.654,097,38yoxdur239,0
3. “Cəlilabad Şərab” ASCCəlilabad rayonu, Şəhriyar kəndiÜzüm emalı və şərab istehsalıİnvestisiya müsabiqəsi368.620,099,971,22952,2
4. “Gəncə-Qənnadı” ASCGəncə şəhəri, Şəmkir şosesi,1Qənnadı məmulatlarının istehsalıİnvestisiya müsabiqəsi5.288.190,030,0312,424.198,2
5. “Qasid” ASCBakı ş., Nəsimi r-nu, 4 m/r, Cavadxan küç., 21Mətbuat yayımı xidmətiİnvestisiya müsabiqəsi229.790,085,000,16559,9
6. “Mingəçevir Texniki Rezin” ASCMingəçevir şəhəri, Samux küçəsi, 15Texniki rezin məmulatlarının istehsalıİnvestisiya müsabiqəsi970.514,098,9418,1944.851,9
 7.“Zabrat-İstixana” ASCBakı ş., Sabunçu r-nu, II Zabrat qəsəbəsiİstixanalarda meyvə-tərəvəz və bitki yetişdirilməsiİnvestisiya müsabiqəsi110.032,099,0141,0102.173,0
8. “Zeyxur” Kiçik Su Elektrik StansiyasıQusar rayonu, Yuxarı Zeyxur kəndiElektrik enerjisi istehsalıİnvestisiya müsabiqəsi93.863,0100,01,0818,5
 9.“ASK Tekstil” MMCSumqayıt şəhəri, Sülh küçəsi, 3Mahlıc emalı, iplik, trikotaj, tekstil məhsulları istehsalıİnvestisiya müsabiqəsi1.814.379,0Sonradan müəyyən olunacaq6,27.644,5
10. “ASK İzolit” MMCMingəçevir şəhəri, Heydər Əliyev pr., 67Polietilen və şüşə plastik boru, kompozit armaturİnvestisiya müsabiqəsi2.696.689,0Sonradan müəyyən olunacaq15,1627.296,0
 11.“Azəripək” MMCŞəki şəhəri, F.X.Xoyski küçəsi, 1Xam ipək və ipək parçadan müxtəlif məhsul istehsalıİnvestisiya müsabiqəsi8.119.579,0Sonradan müəyyən olunacaq13,358.435,1
12. Uşaq Bezi fabriki (əmlak kompleksi)Bakı şəhəri, Qaradağ r., Salyan şosesi, 25-ci kmUşaq bezi və salfet kağızı istehsalıSonradan müəyyən olunacaqDəqiqləşdirilir100,012,021.500,0
13. Şəki Ət kombinatı (əmlak kompleksi)Şəki şəhəri, Öyrət kəndi, Qarasu ərazisiƏt və ət məhsullarının hazırlanmasıSonradan müəyyən olunacaq1.053.579,0100,015,016.725,3
14. Şəki Konserv zavodu (əmlak kompleksi)Şəki şəhəri, Salman Mümtaz küçəsi, 8Konserv məhsullarının hazırlanmasıSonradan müəyyən olunacaq2.478.000,0100,01,264.4461,9
15. Gəncə Soyuducu anbar (əmlak kompleksi)Gəncə şəhəri, Kəpəz r-nu, V.Tereşkova küç., 1Soyuducu anbarSonradan müəyyən olunacaq3.952.500,0100,02,23Dəqiqləş-diriləcək
16. “Bakı Dəzgahqayırma” ASCBakı ş., Binəqədi r-nu, Biləcəri qəs., Y.Hüseynov küçəsi, 114Metal kəsən dəzgahlar və onlar üçün texnoloji avadanlıqların istehsalıPul və ixtisas-laşdırılmış pul hərracı1.522.110,099,75,48.946,0
17. “Zaqatala Fındıq” ASCZaqatala şəhəri, Azərbaycan prospekti, 37Fındıq tədarükü və emalıPul hərracı838.868,030,033,03Dəqiqləş-diriləcək
 18.“Gəncə Quşçuluq” ASCGəncə şəhəri, Qırmızıkənd qəsəbəsiQuş əti və yumurta istehsalıPul hərracı1.223.095,430,0516,551.688,3
19. “Salyan Reproduktor Quşçuluq” ASCSalyan rayonu, Qaraçala qəsəbəsiQuş əti və yumurta istehsalıPul hərracı220.530,030,029,710.331,5
20. “Salyan Broyler” ASCSalyan rayonu, Xalac kəndiQuş əti və yumurta istehsalıPul hərracı1.120.118,030,0469,913.198,5
21.“İmişli Yağ-pendir” ASCİmişli rayonu, Rəsullu kəndiSüdün emalı, pendir və kəsmik istehsalıPul hərracı238.217,630,032,0Dəqiqləş-diriləcək
22. “Şıxlar Broyler” ASCMasallı rayonu, Şıxlar kəndiQuşçuluq məhsullarının istehsalı və satışıPul hərracı279.609,630,1118,0Dəqiqləş-diriləcək



Azərtac


“Yeni həyat” qəzeti,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад