Главная > İqtisadiyyat > Masallının Şıxlar kəndinə təbii qaz verildi
Masallının Şıxlar kəndinə təbii qaz verildi24-02-2018, 15:47. Разместил: yeni321 |
![]() Masallının Şıxlar kəndinə təbii qaz verildi Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Masallı rayonunda da geniş abadlıq və quruculuq işləri, o cümlədən əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görülür. ![]() Belə ki, 24 fevral 2018-ci il tarixdə Masallı rayonunun Şıxlar kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov və “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev iştirak etmişdir. Xeyli sayda abonenti olan Şıxlar kəndinin qazlaşdırılması zamanı birpilləli sistem əsasında müxtəlif diametrli metal borularla daşıyıcı, o cümlədən məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. ![]() Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Şıxlar kəndinə təbii qaz verilməsinə həsr olunmuş tədbirdə çıxış edərək yerli sakinləri əlamətdar hadisə - təbii qaz verilməsi münasibətilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. ![]() Açılış mərasimində Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qədir Məmmədov, kənd sakinlərindən Əziz Hüseynov, Leyla Bayramova, Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev və başqaları çıxış edərək möhtərəm Prezident cənab İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. ![]() Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov " Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevlə birgə təbii qazın yanarlığını alışdırmışlar. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |