Главная > Manşet / Aqrar > Subtropik meyvə bitkilərinin becərilməsi

Subtropik meyvə bitkilərinin becərilməsi


25-11-2017, 13:11. Разместил: yeni321
Subtropik meyvə bitkilərinin becərilməsi


 Subtropik meyvə bitkiləri yer kürəsinin müxtəlif torpaq-iqlim şəraitində törəyib formalaşmış və uyğun iqlim-torpaq şəraitində yayılmış, yaxud tamam yeni bir regionda təkrar formalaşma keçmiş subtropik bitkilər xarici mühit şəraitinə xüsusi tələbləri ilə fərqlənirlər. Subtropik meyvə bitkilərinin əksəri, yalnız subtropik zonalarda, əmtəə xarakterli bitki kimi becərilir. Subtropik meyvə bitkilərindən bir qrupu (xirnik, nar, incir, innab, azimina) qışda yarpaqlarını tökən bitkilərdir. Digərləri isə (zeytun, feyxoa, dəfnə albalı, yapon əzgili) qışda yarpaqlarını tökmürlər və buna görə də «həmişəyaşıl» bitkilər adlanırlar.Subtropik meyvə bitkiləri geniş areala malikdir. Bu qrupun bəzi nümayəndələri (innab, Qafqaz xirniyi, Virgin xirniyi və s.) subtropik bölgə sərhədlərindən xeyli kənarda da becərilə bilir. Subtropik meyvə bitkilərinin əksəriyyəti istiyə və quraqlığa davamlıdırlar.

Subtropik meyvə bitkiləri qrupuna xirnik, nar, əncir, innab, zeytun, feyxoa, yapon əzgili aiddir.
 Şərq xirniyi: Ölkəmizdə bu növlərdən az və ya çox miqdarda dördü - Qafqaz xirniyi, Virgin xirniyi, Şərq xirniyi və Çin xirniyi becərilir. 
Bağın salınması: Düzbucaqlı əkin sxemində xirnik bağı üçün qida sahəsi sortdan, relyefdən, torpağın münbitlik səviyyəsindən asılı olaraq 8x5 m, 8x4 m, 6x5 m, 6x4 m, sıxlaşdırılmış sxemdə isə 6x3, 6x2, 5x3 m verilə bilər.
 Nar: Nar, öz fəsiləsinə aid olub, 500-dən artıq sortu məlumdur. Respublikamızda geniş yayılmış və böyük təsərrüfat əhəmiyyəti kəsb edənlərdən Azərbaycan gülöyşəsi, Qırmızı-qabıq, Nazikqabıq, Şah nar, Vir №-1sortlarını qed etmək olar.
 Artırılması. Nar bir qayda olaraq odunlaşmış çiliklərlə artırılır. 
Bağın salınması. Nar bağı üçün səthi hamar və yaxud bir qədər meyilli (7-8° qədər), küləklərdən mühafizəli, yaxşı rütubətlənmiş və qalın şum qatlı ərazilər seçilir. tinglər 5x5 m, 5x4 m, 6x3 m qida sahəsi ilə əkilir. 


    Əncir, Tut fəsiləsinə aiddir. 
Sortları. Əncirin sortları çoxdur, ölkəmizdə rayonlaşdırılmış yerli və gəlmə sortlardan Buzov burnu, Gəncə sarı ənciri, Abşeron sarı ənciri , Azəri, Xəzəri, Kadota Kalimirna və s-dir.
Bağın salınması. 
Əncir bağı salmaq üçün nisbətən düz, küləkdən mülıafizəli,günəşlə yaxşı təmin olunan sahələr seçilir .Qida sahəsi ekoloji şəraitdən, sort xüsusiyyətindən və torpağın tipindən asılı olaraq 6x4 m, 8x6 m, qışı sərt keçən rayonlarda isə 4x3 m və 5x4 m verilir.
Əncir payızda və yazda əkilir. 
 İnnab: İnnab- Murdarça fəsiləsinə aid olub, 50-dən artıq növü birləşdirir. 

Sortları. İnnabın 600-ə qədər sortu vardır. Bundan 400-dən çoxu Çində becərilir. Respublikamızda innabın seleksiya işinin nəticəsi kimi bir neçə yerli sortu yaradılmış və onlardan 3 sort (Nəsimi, Azəri, Xəzəri) rayonlaşdırılmışdır. Respublikamızın şəraiti üçün əlverişli Azərbaycan, Şirvan, Tayan-tszao, Xurmayı , Azəri, Xəzəri, Nəsimi sortlarıdır. 
Bağın salınması. İnnab bağı salmaq üçün Günəş şüaları ilə yaxşı təmin olunmuş düzən sahələr, dağətəyi zonalarda cənub və cənub-qərb yamaclar seçilir. Əsasən düzbucaqlı və kvadrat əkin sxemlərindən istifadə edərək bitkilərə qida sahəsi 6x6 m, 6x5 m, 5x5 m verilir. 
 
Zeytun öz fəsiləsinə aiddir, 80-dən çox növü məlumdur.  


Sortları. Zeytunun keçmiş SSRİ-də yaradılmış və xaricdən gətirilmiş 100-dən çox sortu vardır. Azərbaycanda 15-ə yaxın yeni seleksiya sortları yaradılmış, onlardan 5 sort (Azərbaycan, Şirin zeytun, Buzovna, Ağababa və El zeytunu rayonlaşdırılmışdır. Bunlardan Azərbaycanda daha geniş becərilən sortlar aşağıdakılardır:
Azərbaycan, Şirin zeytun (Bakı-17), Buzovna, Nikitskiy NQ, Tiflis, Askolyano, Santa. 
Qeyd olunanlardan başqa zeytunun Krımski 172, Çəmbərəkənd, Dalma, Moizanillo, Aqostino Sevilyano və s. sortları da respublikamızda becərilir.
Bağın salınması və qulluq. Zeytun bağı 2-3 illik tinglərlə salınır. Bağ saldıqda sortların seçilməsinə xüsusi fıkir verilir. Zeytun üçün sort xüsusiyyətindən, çətir formasından, əkin sxemindən və s. asılı olaraq qida sahəsi 10x10 m, 10x8 m, 8x6 m, 6x6 m verilə bilər. Əkin üçün sahənin hazırlanması, və əkin, digər meyvə bitkilərində olduğu kimidir. Əkin payızda (sentyabr, oktyabr) və yazda (mart-aprel) aparıla bilər. 

    Feyxoa: Mədəni feyxoa həmişə yaşıl ,çoxillik kol bitkisidir.
Sortları: Feyxoa bitkisinin müxtəlif sort və formaları vardır. Bunlardan bəziləri aşağıda verilmişdir:
Nikitski, Ananas, Astra, Krupnoplodnıy, Anaseuli №1 və s.
 
Bağın salınması.
 Əkiləcək bitkilərin qida sahəsi feyxoanın sortundan və torpaq şəraitindən asılı olaraq 3x3 m, 3x4 m, 4x4 m olur.
Subtropik meyvə bitkilərinin zərərverici və xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri:
Subtropik meyvə bitkilərinin əsas xəstəlikləri- Hommoz, malsekko (infeksion quruma), antraknoz,his xəstəliyi, askoxitoz və s. göstəmək olar. Mübarizə məqsədi ilə - 0,2%-ıi amtio, 0,2%-li karbofos, antrakol və ya bunların əvəz edicisi kimi yeni preparatlardan istifadə edilir. 
Subtropik meyvə bitkilərinin əsas ziyanvericiləri- Qalxanlı yastıca, unluca, mənənələr, ilbizlər və s. qarşı mübarizədə poliqor, prineks, dnok və yaxud onları əvəz edən yeni preparatlardan istifadə etmək olar.
  
 
шаблоны для dle 11.2
Вернуться назад