Главная > Manşet / Aqrar > Təsərrüfat var, inkişaf etdirilməlidir - Xırmandalıda səyyar qəbul
Təsərrüfat var, inkişaf etdirilməlidir - Xırmandalıda səyyar qəbul11-12-2017, 13:19. Разместил: yeni321 |
Təsərrüfat var, inkişaf etdirilməlidir Xırmandalıda səyyar qəbul Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun Xırmandalı ərazisindəki səyyar qəbulunda əsasən təsərrüfatın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, mövcud torpaqlardan daha səmərəli istifadə edilməsi yönündə sakinlərin gördüyü işlərdən danışıldı, müraciətlər səsləndi. Ərəb kənd məktəbinin yaraşıqlı binasında keçirilən görüşü giriş sözü ilə açan rayon rəhbəri bildirdi ki, ərazidəki yolboyu sahələr ya əkin altındadır, ya təzə şumlanıb. Sözçü toplaşanları çıxış etməyə, təkliflər verməyə çağırdı. Hacıtəpə kənd məscidi dini icmasının sədri Nəcəfqulu Quliyev rayonda, ərazidə görülən işləri təqdir etdi. Ölkədə abadlıq-quruculuq, aqrar sahənin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi tədbirlərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Göstərdi ki, Xırmandalı ərazisindəki kəndlər təbii qazdan istifadə edir, asfalt yol var, su çəkilir. Bütün bunlara görə rayon rəhbərinə sakinlərin minnətdarlığını ifadə edən sözçü ərazidə hər qarış torpaqdan əkinçi səriştəsi ilə istifadə olunduğunu bildirdi. Möhübbət Qasımov, Nazim Abuşov (Xırmandalı) Həmdulla Hacıyev, Rəşid Dövlətov (Ərəb), Eyvaz Zeynalov (Hacıtəpə) kənd yolları, işıq pulu, Hacıtəpədə həkim məntəqəsinin tikilməsi barədə müraciətlər, şəxsi xahişlər səsləndirdilər. Qeyd edildi ki, ərazidə kənd yollarına 100 maşın çınqıl gətirilmişdir. Hacıtəpədə kənd həkim məntəqəsinin yeri müəyyən edilib, tikilməsi nəzərdə tutulub. Digər təkliflər araşdırıldı, yerinə yetirilməsi tapşırığı verildi. RİH başçısı Rafil Hüseynov bildirdi ki, Xırmandalı təsərrüfata qayıdıb. Ərazidə daha sərfəli sahə olan badımcan, yemiş, tütün yetişdirilir ki, bu hesaba torpağın hər hektarı maksimum gəlir gətirir. Ərazidə abadlıq işlərindən söhbət salan sözçü Köhə Alvadı, Kolatan, Çaxırlı bələdiyyələrinin abadlıq tədbirlərini misal gətirdi. Dedi ki, kəndin camaatı əlbir olmalıdır. Bu işdə Hacı Zahidin şəxsi nümunəsi var. Rayon rəhbəri diqqəti vaxtilə Muğan zonasında mövcud olan sosial gərginliyə cəlb etdi. Bu bölgəyə su çəkilişinin ölkə rəhbərinin diqqətində olduğunu bildirib, layihənin 20 kilometr məsafədə icra edildiyini, 5 kəndin ərazisində su çəkildiyini qeyd etdi. Ərazidə tikinti normalarının pozulması, qanunçuluğun qorunması barədə danışan natiq bildirdi ki, ağsaqqalların, ziyalıların, kənd fəallarının nüfuzundan istifadə etməklə müəyyən məsələlər həll oluna bilər. Kənddə xeyriyyə məsələlərində də, torpağın əkilib-becərilməsində də əlbirlik lazımdır. Bir qarış torpaq löhrən qalmamalıdır və bu sahədə kənd camaatının yaxşı təcrübəsi var. Rayon rəhbəri gənc nəslin təhsilini vacib məsələ kimi dəyərləndirdi, bu istiqamətdə tövsiyələr verdi. Natiq həmçinin toplaşanları erkən nikahlara qarşı ciddi mübarizəyə səslədi. Rəsul RZAYEV, Vəkil AĞAYEV (foto). “Yeni həyat”, www.Yeniheyet.az Вернуться назад |