• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Təsərrüfat var, inkişaf etdirilməlidir - Xırmandalıda səyyar qəbul

    Təsərrüfat var, inkişaf etdirilməlidir - Xırmandalıda səyyar qəbul


    Təsərrüfat var, inkişaf etdirilməlidir

    Xırmandalıda səyyar qəbul

    Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun Xırmandalı ərazisindəki səyyar qəbulunda əsasən təsərrüfatın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, mövcud torpaqlardan daha səmərəli istifadə edilməsi yönündə sakinlərin gördüyü işlərdən danışıldı, müraciətlər səsləndi.

    Ərəb kənd məktəbinin yaraşıqlı binasında keçirilən görüşü giriş sözü ilə açan rayon rəhbəri bildirdi ki, ərazidəki yolboyu sahələr ya əkin altındadır, ya təzə şumlanıb. Sözçü toplaşanları çıxış etməyə, təkliflər verməyə çağırdı.
    Hacıtəpə kənd məscidi dini icmasının sədri Nəcəfqulu Quliyev rayonda, ərazidə görülən işləri təqdir etdi. Ölkədə abadlıq-quruculuq, aqrar sahənin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi tədbirlərinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Göstərdi ki, Xırmandalı ərazisindəki kəndlər təbii qazdan istifadə edir, asfalt yol var, su çəkilir. Bütün bunlara görə rayon rəhbərinə sakinlərin minnətdarlığını ifadə edən sözçü ərazidə hər qarış torpaqdan əkinçi səriştəsi ilə istifadə olunduğunu bildirdi.
    Möhübbət Qasımov, Nazim Abuşov (Xırmandalı) Həmdulla Hacıyev, Rəşid Dövlətov (Ərəb), Eyvaz Zeynalov (Hacıtəpə) kənd yolları, işıq pulu, Hacıtəpədə həkim məntəqəsinin tikilməsi barədə müraciətlər, şəxsi xahişlər səsləndirdilər.
    Qeyd edildi ki, ərazidə kənd yollarına 100 maşın çınqıl gətirilmişdir. Hacıtəpədə kənd həkim məntəqəsinin yeri müəyyən edilib, tikilməsi nəzərdə tutulub. Digər təkliflər araşdırıldı, yerinə yetirilməsi tapşırığı verildi.
    RİH başçısı Rafil Hüseynov bildirdi ki, Xırmandalı təsərrüfata qayıdıb. Ərazidə daha sərfəli sahə olan badımcan, yemiş, tütün yetişdirilir ki, bu hesaba torpağın hər hektarı maksimum gəlir gətirir.
    Ərazidə abadlıq işlərindən söhbət salan sözçü Köhə Alvadı, Kolatan, Çaxırlı bələdiyyələrinin abadlıq tədbirlərini misal gətirdi. Dedi ki, kəndin camaatı əlbir olmalıdır. Bu işdə Hacı Zahidin şəxsi nümunəsi var.
    Rayon rəhbəri diqqəti vaxtilə Muğan zonasında mövcud olan sosial gərginliyə cəlb etdi. Bu bölgəyə su çəkilişinin ölkə rəhbərinin diqqətində olduğunu bildirib, layihənin 20 kilometr məsafədə icra edildiyini, 5 kəndin ərazisində su çəkildiyini qeyd etdi.
    Ərazidə tikinti normalarının pozulması, qanunçuluğun qorunması barədə danışan natiq bildirdi ki, ağsaqqalların, ziyalıların, kənd fəallarının nüfuzundan istifadə etməklə müəyyən məsələlər həll oluna bilər. Kənddə xeyriyyə məsələlərində də, torpağın əkilib-becərilməsində də əlbirlik lazımdır. Bir qarış torpaq löhrən qalmamalıdır və bu sahədə kənd camaatının yaxşı təcrübəsi var. Rayon rəhbəri gənc nəslin təhsilini vacib məsələ kimi dəyərləndirdi, bu istiqamətdə tövsiyələr verdi.
    Natiq həmçinin toplaşanları erkən nikahlara qarşı ciddi mübarizəyə səslədi.
     
     Rəsul RZAYEV,
     Vəkil AĞAYEV (foto).
     “Yeni həyat”,
      www.Yeniheyet.az 
    шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:55 Azərbaycan Prezidentinə yazırlar
    2. 16:53 Azərbaycan Prezidentinə yazırlar
    3. 16:52 Azərbaycan Prezidentinə yazırlar
    4. 16:49 Azərbaycan Prezidentinə yazırlar
    5. 16:47 Azərbaycan Prezidentinə yazırlar
    6. 16:45 Azərbaycan Prezidentinə yazırlar
    7. 15:46 Ömrünü Masallının inkişafına həsr edən ata və oğulun  qısa, maraqlı tarixçəsi
    8. 15:36 Masallıda rayon rəhbərinin 18 sentyabr 2025-ci il tarixli vətəndaş qəbulu
    9. 10:38 Antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünü tam təmin etdi
    10. 10:34 30 İLDƏN SONRA YARANMIŞ  AĞDƏRƏ RAYONU
    11. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    12. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    13. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    14. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    15. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    16. 12:28 Vətənə xidmətdə keçən ömür
    17. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    18. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    19. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    20. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    22. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    23. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    24. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    25. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    26. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    27. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    28. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    29. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    30. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    31. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    32. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    33. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    34. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    35. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    36. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    37. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    38. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    39. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    40. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ