Главная > Maraqlı > Masallıda Ramazan ayının başlanması münasibətilə tədbir keçirilib
Masallıda Ramazan ayının başlanması münasibətilə tədbir keçirilib6-05-2019, 21:05. Разместил: yeni321 |
Masallıda Ramazan ayının başlanması münasibətilə tədbir keçirilib Masallı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar qarşıda duran vəzifələr mövzusunda tədbir keçirilib. Görüşdə QMİ-nin cənun bölgəsi üzrə qazisi, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, ziyalılar, yerli idarəetmə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov Ramazan ayının başlanması ilə əlaqədar tədbir iştirakçılarını təbrik edərək, ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği və düzgün dini maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Natiqlər ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri qeyd ediblər, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işləri, dövlət-din münasibətlərinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dünyəvilik əsasında tənzimləndiyini vurğulayıblar. Görüş zamanı QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının Ramazan ayının başlanması münasibətilə verdiyi fətvanın əsas müddəaları bir daha din xadimlərinin diqqətinə çatdırılıb. Bildirilib ki, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə edilməməli, din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Tövsiyə edlib ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, Vətənimizin azadlığı və torpaqlarımzın bölünməzliyi uğrunda canlarından keçən 20 Yanvar, Qarabağ və Aprel şəhidlərinin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin... DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Masallı şəhər bələdiyyəsinin sədri Azər Baxışov, şəhər Cümə məscidinin imamı Məftun Hüseynov, Ərkivan qəsəbəsi Həsənəkücə məscidinin imam müavini Əlihəsən Hüseynov, Hişkədərə kənd dini icmasının sədri və imam müavini Söhrab Ağayev, Boradigah qəsəbə məscidinin imamı Mirzəki Kazımov və başqaları Ramazan ayının fəzilətindən bəhs edərək, bu müqəddəs ayda bütün tədbirlərin dinimizin və dövlətimizin qanunları çərçivəsində keçirilməsi barədə fikirlərini səsləndiriblər. Tədbirin sonunda QMİ-nin cənub bölgəsi üzrə qazisi M.Təhməzov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri M.Bədirov Ramazan ayı ilə əlaqədar tapşırıq və tövsiyələrini verib, iştirakçıların suallarını cavablandırıblar. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |