• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda Ramazan ayının başlanması münasibətilə tədbir keçirilib

    Masallıda Ramazan ayının başlanması münasibətilə tədbir keçirilib

    Masallıda Ramazan ayının başlanması münasibətilə tədbir keçirilib

    Masallı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar qarşıda duran vəzifələr mövzusunda tədbir keçirilib.
    Görüşdə QMİ-nin cənun bölgəsi üzrə qazisi, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, ziyalılar, yerli idarəetmə orqanlarının, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
    QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov Ramazan ayının başlanması ilə əlaqədar tədbir iştirakçılarını təbrik edərək, ölkəmizdə milli-mənəvi dəyərlərin təbliği və düzgün dini maarifləndirmə istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər. Natiqlər ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən söhbət açaraq bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri qeyd ediblər, hazırda ölkə Prezidenti cənab İlham Əliyevin bu siyasəti davam etdirərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün həyata keçirdiyi işləri, dövlət-din münasibətlərinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq dünyəvilik əsasında tənzimləndiyini vurğulayıblar.
    Görüş zamanı QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının Ramazan ayının başlanması münasibətilə verdiyi fətvanın əsas müddəaları bir daha din xadimlərinin diqqətinə çatdırılıb. Bildirilib ki, məzhəblərarası təfriqə və vaxt ayrı-seçkiliyi yaradan təqvimlərdən heç bir vəchlə istifadə edilməməli, din xadimləri belə halların qarşını almağa çalışmalıdırlar. Tövsiyə edlib ki, bu əziz ayda dinimizdə müqəddəs sayılan şəxslərlə yanaşı, Vətənimizin azadlığı və torpaqlarımzın bölünməzliyi uğrunda canlarından keçən 20 Yanvar, Qarabağ və Aprel şəhidlərinin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, xütbə və moizələrdə vətənpərvərliyin təbliğinə xüsusi diqqət yetirilsin...
    DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, Masallı şəhər bələdiyyəsinin sədri Azər Baxışov, şəhər Cümə məscidinin imamı Məftun Hüseynov, Ərkivan qəsəbəsi Həsənəkücə məscidinin imam müavini Əlihəsən Hüseynov, Hişkədərə kənd dini icmasının sədri və imam müavini Söhrab Ağayev, Boradigah qəsəbə məscidinin imamı Mirzəki Kazımov və başqaları Ramazan ayının fəzilətindən bəhs edərək, bu müqəddəs ayda bütün tədbirlərin dinimizin və dövlətimizin qanunları çərçivəsində keçirilməsi barədə fikirlərini səsləndiriblər.
    Tədbirin sonunda QMİ-nin cənub bölgəsi üzrə qazisi M.Təhməzov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri M.Bədirov Ramazan ayı ilə əlaqədar tapşırıq və tövsiyələrini verib, iştirakçıların suallarını cavablandırıblar.
     
    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az
     
                                 
     
     
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    2. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    3. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    4. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    5. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    6. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    7. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    8. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    9. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    10. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    11. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    12. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    13. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    14. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    15. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    16. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    17. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    18. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    19. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    20. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    21. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    22. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    23. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    24. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    25. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    26. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    27. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    28. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    29. 11:15 DİQQƏT! DİQQƏT!
    30. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    31. 13:51 Masallı rayonunun 95-ci ili
    32. 13:48 Masallı rayon İcra Hakimiyyəti başçısının təbriki
    33. 17:16 Masallıda rayon rəhbərinin 07 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 17:33 Masallının Şıxlar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 06.08.2025
    35. 17:30 Masallının Şıxlar kəndində 06 avqust 2025-ci il tarixdə səyyar qəbul
    36. 21:47 Elçinə ağı - Xalq yazıçısı Anar yazır
    37. 15:25 MASALLI RAYONUNUN SOSİAL İQTİSADİ İNKİŞAFININ MAKROİQTİSADİ GÖSTƏRİCİLƏRİ AÇIQLANMIŞDIR - STATİSTİKA
    38. 07:36 Boradigah qəsəbəsində şəhid ailəsi üçün təmir edilən evə baxış keçirilib
    39. 07:35 Rayon rəhbəri Boradigah qəsəbəsində görülən işlərlə tanış oldu
    40. 11:53 Ana dilimiz tarixdən gələn səsimizdir
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ