• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib

    Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib

    Masallıda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib

    Aprelin 19-da Masallı rayonunda “Erkən nikahların qarşısı alınmalıdır” mövzusunda tədbir keçirilib.
    Boradigah qəsəbə bələdiyyə sarayında təşkil olunan tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nahid Məmmədov, Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, bələdiyyələr, ərazi icra nümayəndələri, ağsaqqal və ziyalılar, qəsəbə sakinləri, müəllim və məktəblilər, KİV təmsilçiləri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ölkəmizdə gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ edilməsi,erkən nikahların qarşısının alınması sahəsində mühüm tədbirlərin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. A.Qafarova hər həftə yerlərdə, ərazilərdə, səyyar qəbullarda məhz erkən nikahlar haqqında dəyərli söhbətlərin getdiyini və əməli səmərə verdiyini diqqətə çatdırıb. Elə bunun nəticəsidir ki, son bir neçə ildə Masallı rayonunda erkən nikahların qarşısı alınmışdır.
    Aybəniz Qafarova həmçinin gənclərin zərərli vərdişlərdən qorunmasının vacibliyindən danışaraq, onların milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə edilmələrinin, elmə, təhsilə yiyələnmələrinin əhəmiyyətini vurğulayıb.
    Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Masallı şəhər cümə məscidinin axundu Mətin Hüseynov, Böyük Xocavar kənd tam orta məktəbi valideyn komitəsinin sədri Dövlət Bayramov, Masallı RİHB-nın Hişkədərə kəndi ərazisi üzrə nümayəndəsi Qumriyyə Cəfərova, Mollaoba kənd dini icma sədri Salman Həsənov, Masallı Rayon Ağsaqqallar Şurasının sədri, III dərəcəli “Vətənə Xidmətə görə” ordenli Ələşrəf Niftiyev, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva, Mahmudavar kənd tam orta məktəbinin direktoru Xanım Əliyeva və başqaları çıxış edərək, erkən nikah hallarının qızların təhsildən yayınması, reproduktiv sağlamlığın pozulması və ailədə qeyri-sağlam psixoloji vəziyyətin yaranması kimi mənfi nəticələri barədə danışıb, erkən nikahlara qarşı mübarizənin ən mühüm vəzifələrdən biri olduğunu, bu bəla ilə mübarizədə gənclər və yeniyetmələr arasında maarifləndirmənin düzgün aparılmasının vacibliyini qeyd edib, eyni zamanda erkən nikahın yaratdığı fəsadların bu gün aktual məsələ olduğunu diqqətə çatdırıblar. Çıxışlarda həmçinin gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən bəhs edilib.
    Sonda iştirakçıların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
    Tədbiri respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova yekunlaşdırıb.
    Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    2. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    3. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    4. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    5. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    6. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    7. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    8. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    9. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    10. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    11. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    12. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    13. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    14. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    15. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    16. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    17. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    18. 19:56 Qalıb Azərbaycan Ordusu
    19. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    20. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    21. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    22. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    23. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    24. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    25. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    26. 16:07 Masallı rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
    27. 10:00 Peşəkar ordumuz
    28. 23:30 Güclü Ordu-Güclü Dövlətin təməlidir
    29. 21:16 Azərbaycan dövlətinin gücü və qüdəti daha da möhkəmlənir
    30. 21:11 Vətənə layiqincə xidmət edən Azərbaycan ordusu!
    31. 21:04 PEŞAKAR AZƏRBAYCAN ORDUSU
    32. 19:02 Ələşrəf Niftiyev 80
    33. 17:26 Masallıda rayon rəhbərinin 19 iyun 2025-ci il tarixli vətəndaş qəbulu
    34. 19:01 Masallının Göyəçöl kəndində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu
    35. 18:59 Masallının Göyəçöl kəndində 18 iyun 2025-ci il tarixdə səyyar qəbul
    36. 16:54 Masallıda şəhid Zeynal Şahhüseynlinin şəhadətinin 4-cü ildönümü anıldı
    37. 16:52 Rayon rəhbəri Böyük Kolatan kəndində I Qarabağ müharibəsi əlilinin yas mərasimində iştirak etdi
    38. 15:03 Şuşa Bəyannaməsi ilə Türkiyə-Azərbaycan  birliyinin tarixi manifesti yazıldı.
    39. 23:30 Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası  
    40. 11:48 Milli Qurtuluş fəlsəfəsinin banisi
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ