• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Masallıda maarifləndirmə tədbiri keçirilib

    Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Masallıda maarifləndirmə tədbiri keçirilib

     
    Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Masallıda maarifləndirmə tədbiri keçirilib

    Dekabrın 6-da “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Masallı rayonunda maarifləndirmə tədbiri keçirilib.
    Rayon Mədəniyyət evində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin, rayon polis idarəsinin, təhsil şöbəsinin məsul işçiləri,  eləcə də müəllim və məktəblilər, narkoloq və psixoloqlar, KİV nümayəndələri iştirak ediblər.
    Tədbiri açıqan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova RİH başçısı Rafil Hüseynovun adından iştirakçıları salamlayıb, DİN-nin rəhbərliyinə minnətdarlıq ifadə edib.
    DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Mühüm Tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov tədbirin məqsədi və müzakirəyə çıxarılan mövzulardan danışıb. “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının və radikalyönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” və “İnternetdən təhlükəsiz istifadə qaydaları”, “Tütün məmulatlarının zərərli təsiri” mövzularında çıxış edən polis polkovnik-leytenantı törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib.
    Dini radikalizmin zərərli təsirləri haqqında danışan Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu nəzərə çatdırıb. Polis polkovniki həmçinin narkomaniyaya qarşı rayonda davamlı işlər görüldüyünü, dini radikalizmə və erkən nikahlara qarşı qanun çərçivəsində əməli işlər aparıldığını deyib. O, bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon şöbəsi ilə birgə orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk.
    RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vafiq Xəlilov yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, , sağlamlığının qorunması, həyat şəraitinin yaxşılaşdırılması, tərbiyə və təhsili, işləməsi və istirahəti, baxımsızlığın profilaktikası sahəsində görülən işlər barədə məlumat verib.
    Rayon Mərkəzi Xəstəxanasının həkimi Rasim Əzizov yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik yoxsa həyat?” mövzularında çıxış edib.
    Rayon qeydiyyat şöbəsinin müdiri İlqar Məhərrəmov yetkinlik yaşına çatmayan qızların erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılmasınıdan danışıb.
    “Tərəqqi” medallı pedaqoq, Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Əkbərzadə və başqaları çıxışlarında narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına, şagirdlərin virtual asılılığına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü vurğulayıblar.
    Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı videoçarx nümayiş olunub.

    Akif AĞAYEV,
    “Yeni həyat”,
    www.yeniheyet.az шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:22 Masallıda “Aşura günü” qanvermə aksiyası təşkil olundu
    2. 12:07 Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunur
    3. 23:30 İki ölkə arasındakı münasibətlərin strateji və müttəfiqlik xarakteri  
    4. 17:23 Azərbaycan və Özbəkistan dövlətləri arasında imzalanmış sənədlər mühüm əhəmiyyət kəsb edir                   
    5. 12:45 Masallıda barama tədarükü yekunlaşdı
    6. 12:40 Masallıda Məhərrəm ayı ilə əlaqədar dəyirmi masa
    7. 12:37 Masallıda rayon rəhbərinin 03 iyul 2025-ci il tarixli vətəndaş qəbulu
    8. 23:30 Azərbaycan–Özbəkistan münasibətləri: ortaq dəyərlər zəminində yüksələn strateji tərəfdaşlıq
    9. 17:04 Ziyalı işığında                                                                              
    10. 17:01 Masallının Qızılavar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 02.07.2025
    11. 16:59 Masallının Qızılavar kəndində 02 iyul 2025-ci il tarixdə səyyar qəbul
    12. 16:51 Masallıda Azərbaycan polisinin yaranmasının 107 illiyi qeyd olundu
    13. 17:07 Mahmudavar kəndində şəhid Ehtiram Abbasov adına küçəyə asfalt örtüyü döşənmişdir
    14. 17:05 Rayon rəhbəri şəhid anasını doğum günü münasibəti ilə evində ziyarət etdi
    15. 16:00 İyulun 4-də Baş prokuror Yardımlı rayonunda vətəndaşları qəbul edəcək
    16. 17:29 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-30 iyun 2025-ci il
    17. 17:28 Masallıda 01-30 iyun 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    18. 17:27 Masallının yollarında təmir işləri davam etdirilir 01-30 iyun 2025
    19. 17:25 Masallıda abadlıq və xeyriyyə işləri 01-30 iyun 2025
    20. 12:40 Masallıda 2025-cü ilin iyul ayına olan səyyar-görüş qəbulları barədə
    21. 09:39 Strateji tərəfdaşlıq əlaqələri
    22. 23:30 “8 Noyabr” elektrik stansiyasının açılışı  enerji siyasətinin yeni mərhələsidir  
    23. 23:30 Elektrik enerjisində stratejik əməkdaşlıq
    24. 18:16 Masallının Çaxırlı ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 25.06.2025
    25. 18:14 Masallının Çaxırlı kəndində 25 iyun 2025-ci il tarixdə səyyar qəbul
    26. 18:08 Masallı rayon İcra Hakimiyyətinə 4 yeni təyinat
    27. 12:49 Sığdaş kəndində ziyarətgah yolu cari təmir olundu
    28. 08:41 Azərbaycan əsgərinin vətənpərvərlik ruhu  
    29. 08:37 Mütəşəkkil ordu böyük tarixi xidmətlərdən biridir
    30. 23:30 H.Əliyev və  ordu quruculuğu   
    31. 20:06 Masallıda Məhərrəm ayının başlanması ilə əlaqədar ümumrayon tədbiri
    32. 20:02 Masallıda "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş tədbir keçirilib
    33. 19:56 Qalıb Azərbaycan Ordusu
    34. 17:38 Rayon rəhbəri Xəstəxanada şəhid atasını ziyarət etdi
    35. 17:35 Masallının Dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül dəstələri düzdülər
    36. 17:29 Masallıda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir
    37. 11:29 ŞANLI AZƏRBAYCAN ORDUSU
    38. 11:24 Masallıda dövlət qulluqçularının sayı açıqlanıb - STATİSTİKA
    39. 23:30 26 İyun-Azərbaycan Respublikasının Silahlı Qüvələri Günüdür
    40. 23:30 Azərbaycan ordusu qələbənin, sülhün və suverenliyin dayağıdır
    «    İyul 2025    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    DÜNYA XƏBƏRLƏRİ