Главная > Təhsil > Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Masallıda maarifləndirmə tədbiri keçirilib
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Masallıda maarifləndirmə tədbiri keçirilib6-12-2018, 17:35. Разместил: yeni321 |
Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Masallıda maarifləndirmə tədbiri keçirilib Dekabrın 6-da “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanundan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə Masallı rayonunda maarifləndirmə tədbiri keçirilib. Rayon Mədəniyyət evində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin, rayon polis idarəsinin, təhsil şöbəsinin məsul işçiləri, eləcə də müəllim və məktəblilər, narkoloq və psixoloqlar, KİV nümayəndələri iştirak ediblər. Tədbiri açıqan Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova RİH başçısı Rafil Hüseynovun adından iştirakçıları salamlayıb, DİN-nin rəhbərliyinə minnətdarlıq ifadə edib. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Xüsusi Mühüm Tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərov tədbirin məqsədi və müzakirəyə çıxarılan mövzulardan danışıb. “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliklərinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının və radikalyönümlü dini təriqətlərin yayılmasının qarşısının alınması sahəsində daxili işlər orqanlarının rolu” və “İnternetdən təhlükəsiz istifadə qaydaları”, “Tütün məmulatlarının zərərli təsiri” mövzularında çıxış edən polis polkovnik-leytenantı törədilən hüquqpozmaların fəsadları barədə məlumat verib. Dini radikalizmin zərərli təsirləri haqqında danışan Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov tolerantlığın Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri ilə bağlı olduğunu nəzərə çatdırıb. Polis polkovniki həmçinin narkomaniyaya qarşı rayonda davamlı işlər görüldüyünü, dini radikalizmə və erkən nikahlara qarşı qanun çərçivəsində əməli işlər aparıldığını deyib. O, bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rayon şöbəsi ilə birgə orta ümumtəhsil müəssisələrində, eləcə də ayrı-ayrı yerlərdə bu istiqamətdə maarifləndirmə tədbirləri həyata keçiririk. RİHB yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vafiq Xəlilov yetkinlik yaşına çatmayanların hüquqlarının və qanuni mənafelərinin, , sağlamlığının qorunması, həyat şəraitinin yaxşılaşdırılması, tərbiyə və təhsili, işləməsi və istirahəti, baxımsızlığın profilaktikası sahəsində görülən işlər barədə məlumat verib. Rayon Mərkəzi Xəstəxanasının həkimi Rasim Əzizov yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın aparılması məqsədilə “Narkotiklər haqqında nə bilirik?”, “Narkotik yoxsa həyat?” mövzularında çıxış edib. Rayon qeydiyyat şöbəsinin müdiri İlqar Məhərrəmov yetkinlik yaşına çatmayan qızların erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılmasınıdan danışıb. “Tərəqqi” medallı pedaqoq, Böyük Xocavar kənd tam orta məktəbinin direktoru Abusət Zeynalov, Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Əkbərzadə və başqaları çıxışlarında narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına, şagirdlərin virtual asılılığına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü vurğulayıblar. Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı videoçarx nümayiş olunub. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |