Главная > Maraqlı > Masallıda xeyirxah xanımların birlik yardımı
Masallıda xeyirxah xanımların birlik yardımı5-04-2020, 17:21. Разместил: yeni321 |
![]() ![]() Əvvəlcə Şəfa Allahverdiyeva aksiyaya start verərək 5 ailənin hər birinə 30 manat dəyərində ərzaq yardımı göstərməyə başlamışdır. Sonra Dilbər İbayeva 1 ailəyə 60 manat dəyərində, Məhbubə Şahbazova 2 ailənin hər birinə 30 manat dəyərində, Mehriban Əkbərova 3 ailənin hər birinə 60 manat dəyərində, Elfanə Süleymanova 6 ailənin hər birinə 80 manat dəyərində ərzaq yardımı göstərmişlər. Beləliklə xanımların nəcib və xeyirxah aksiyasına qoşulan xanımların sayı günü-gündən artmaqdadır. Artıq Mətanət Salayeva və Aynur Qardaşova aksiyaya qoşulduqlarını elan edərək silsilə şəkildə imkansız ailələrə ərzaq yardımı götərəcəklərini bildirmişlər. ![]() ![]() “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |