Masallıda xeyirxah xanımların birlik yardımı
- 5-04-2020, 17:21
- Maraqlı
- 0
- 1 345


Əvvəlcə Şəfa Allahverdiyeva aksiyaya start verərək 5 ailənin hər birinə 30 manat dəyərində ərzaq yardımı göstərməyə başlamışdır. Sonra Dilbər İbayeva 1 ailəyə 60 manat dəyərində, Məhbubə Şahbazova 2 ailənin hər birinə 30 manat dəyərində, Mehriban Əkbərova 3 ailənin hər birinə 60 manat dəyərində, Elfanə Süleymanova 6 ailənin hər birinə 80 manat dəyərində ərzaq yardımı göstərmişlər. Beləliklə xanımların nəcib və xeyirxah aksiyasına qoşulan xanımların sayı günü-gündən artmaqdadır. Artıq Mətanət Salayeva və Aynur Qardaşova aksiyaya qoşulduqlarını elan edərək silsilə şəkildə imkansız ailələrə ərzaq yardımı götərəcəklərini bildirmişlər.


“Yeni həyat”,
www.yeniheyet.az