“Ümidim sənsən”in koronavirus yardımları - MASALLI
- 4-04-2020, 19:33
- Maraqlı
- 0
- 1 409

Millət vəkili Məşhur Məmmədovun “Yardımlaşaq” çağırışına ilk qoşulan Masallıdakı “Ümidim sənsən” İctimai Birliyi (Fidan Abbaslı) aprel ayının 1-dən başlayaraq pulsuz çörək aksiyasına start verib. Pulsuz çörəklər Ərkivan qəsəbəsindəki “Şahin” və “Qala” marketləri vasitəsi ilə imkansız ailələrə paylanır.
Sabahdan, aprel ayının 5-dən bu pulsuz aksiya rayonun Bədalan kəndindəki “Ruzi” marketində və digər ticarət obyektlərində davam etdiriləcək.. Bundan əlavə “Ümidim sənsən” İctimai Birliyi tərəfindən qəsəbədəki 10-dan artıq ailəyə ərzaq da paylanmışdır.
Koronavirusla bağlı aksiya tədbirləri davam edir.


“Yeni həyat”,
www.yeniheyet.az