• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Masallıda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir

    Masallıda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir

    Masallıda dezinfeksiya tədbirləri davam etdirilir 

    Masallıda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər vaxtaşırı həyata keçirilir.
    Rayonda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər görülür.
    Masallı şəhərindəki idarə və müəssilərin inzibati binaları, kənd və qəsəbələrdəki məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektləri, ərazilərdəki konteyner meydançalarında, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işləri aparılır.
    Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, kənd icra nümayəndələrinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilib və görülən işlər barədə rayon icra hakimiyyətinə operativ və mütəmadi olaraq məlumatlar verilir.
    Demək olar ki, rayonun bütün müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.
    Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, Masallıda da görülən bütün işlər müvafiq kimyəvi preparatlarla həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.
    Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Dezinfeksiya Stansiyasının əməkdaşları təkcə istehsal sahələrində deyil, fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında, rayonun bütün ərazisində dezinfeksiya işlərini uğurla davam etdirirlər.
    Əməkdaşlar bu dəfə dezinfeksiya tədbirlərini şəhərin Heydər Əliyev prospekti boyunca və Qarabağ küçəsində, həmçinin şəhərdə yerləşən 2 bazar istiqamətində — birbaşa ərazilərdə həyata keçiriblər. Xüsusi dezinfeksiyavericilər tərəfindən bazarlarda dezinfeksiya tədbirləri yüksək səviyyədə həyata keçirilib. Ətraf dərmanlanıb. Müxtəlif yoluxucu xəstəlik törədənlərin məhvinə və xarici mühit obyektlərində toksinlərin dağıdılmasına yönələn bu işdə təkcə bakteriya və viruslarla mübarizə deyil, həm də infeksiya daşıyıcıları və gəmiricilərin məhvi də nəzərdə tutulub.
    Masallının mərkəzində və ətraf kəndlərində tədbirlər bundan sonra da davam etdiriləcək.
    Masallı Dezinfeksiya Stansiyası və rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Dövlət Cəfərov, Rövşən Bayramov, Taleh Şərifov, Elşən Ağayev, Vəlağa Ağayev, Telman Şahbazov, Əfqan Cavadov, Famil Kazımov, Fuad Həmzəyev və başqaları hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə təbliğat işləri aparırlar.
    Qeyd edək ki, bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Sonra təkrar, ikinci dəfə dərmanlama işlərinə başlanacaq.
     
     

    “Yeni həyat”,
    www.yeniheyet.azшаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ