Главная > Səhiyyə > Masallıda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir
Masallıda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir23-03-2020, 16:50. Разместил: yeni321 |
Masallıda dezinfeksiya tədbirləri davam etdirilir Masallıda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər vaxtaşırı həyata keçirilir. Rayonda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər görülür. Masallı şəhərindəki idarə və müəssilərin inzibati binaları, kənd və qəsəbələrdəki məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektləri, ərazilərdəki konteyner meydançalarında, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işləri aparılır. Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, kənd icra nümayəndələrinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilib və görülən işlər barədə rayon icra hakimiyyətinə operativ və mütəmadi olaraq məlumatlar verilir. Demək olar ki, rayonun bütün müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib. Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, Masallıda da görülən bütün işlər müvafiq kimyəvi preparatlarla həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur. Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Dezinfeksiya Stansiyasının əməkdaşları təkcə istehsal sahələrində deyil, fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında, rayonun bütün ərazisində dezinfeksiya işlərini uğurla davam etdirirlər. Əməkdaşlar bu dəfə dezinfeksiya tədbirlərini şəhərin Heydər Əliyev prospekti boyunca və Qarabağ küçəsində, həmçinin şəhərdə yerləşən 2 bazar istiqamətində — birbaşa ərazilərdə həyata keçiriblər. Xüsusi dezinfeksiyavericilər tərəfindən bazarlarda dezinfeksiya tədbirləri yüksək səviyyədə həyata keçirilib. Ətraf dərmanlanıb. Müxtəlif yoluxucu xəstəlik törədənlərin məhvinə və xarici mühit obyektlərində toksinlərin dağıdılmasına yönələn bu işdə təkcə bakteriya və viruslarla mübarizə deyil, həm də infeksiya daşıyıcıları və gəmiricilərin məhvi də nəzərdə tutulub. Masallının mərkəzində və ətraf kəndlərində tədbirlər bundan sonra da davam etdiriləcək. Masallı Dezinfeksiya Stansiyası və rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları Dövlət Cəfərov, Rövşən Bayramov, Taleh Şərifov, Elşən Ağayev, Vəlağa Ağayev, Telman Şahbazov, Əfqan Cavadov, Famil Kazımov, Fuad Həmzəyev və başqaları hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi barədə təbliğat işləri aparırlar. Qeyd edək ki, bütün yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur. Sonra təkrar, ikinci dəfə dərmanlama işlərinə başlanacaq. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |