Главная > Maraqlı > Asta sür maşını, amandı, sürücü
Asta sür maşını, amandı, sürücü16-12-2017, 15:51. Разместил: yeni321 |
Asta sür maşını, amandı, sürücü Belə-belə işlər Son vaxtlar yol kənarlarında “Ata, ehtiyatlı ol, yolunu gözləyirik” yazılmış lövhlərə cox rast gəlirik. Bu kövrək sözlər ovqatımıza da təsirsiz ötüşmür. Axı, ata övladlarına arxa-dayaqdır, onları böyüdüb ərsəyə çatdıran, cəmiyyətə təhvil verən, bir qəzəldə deyildiyi kimi, başa tacdır. Ucuz-baha maşını olan hər ailədə atanın yolunu səbirsizliklə gözləyir, evə gec gələndə narahat olurlar. Çox ailədə bilmirlər ki, ata sükan arxasına keçən kimi 180 dərəcə dəyişir: dönür şiri- pələngə, əjdahaya. Asfalt yola çıxan kimi maşının sürətölçəni 150-160-a qalxır. Döngə bilmir, sağ-sol tanımır, gözünə nə insan görünür, nə heyvan. Nə çala bilir, nə çuxur. Yadına arvad-uşaq da düşmür. Bəzilərini camaat lap avtoş-avtoxuliqan kimi tanıyır. Onlar da bu addan qürur duyur, öyünür. Hər gün növbənöv sürücülərlə rastlaşırıq. Bu günlərdə şəhərin H.Əliyev prospektindəki “Aydın aptek”in qarşısında yolu keçmək istəyirdim. Soluma, sağıma baxıb yolun sakitliyinə əmin olmuşdum ki, “07”-nin qırğı kimi mənə yaxınlaşdığını gördüm. Yaxşı ki, geri çəkilməyə macal tapdım. Arıq, çəlimsiz, üzündə xətt saxlayan bir yeniyetmə qapını açıb qışqırdı: Ə, yekə kişisən, yoluna diqqət elə də, bura maşın yoludur. Sakitcə cavab verdim: -Bala, sənin kimi həyasıza deməyə söz tapmıram. Yanımda duran bir cavan onun üstünə cumub: -Ə, filan-filan şüdə, gözün yol görmür, sağda, solda maşınlar dayanıb, üstəlik iki tərəfli yoldur, sən isə 150 ilə sürürsən, hələ ağsaqqal kişiyə çımxırırsan da. Sürücülərin çoxu məşını asta sürənlərə rişxənd edir, deyirlər ki, əşi, filankəs maşını “nənəxanım” kimi sürür, deyib gülürlər də. Günlərin birində ərkivanlı Asifin (onu hamı Ası çağırır) “06-sı” ilə evə gedirdim. Ərkivanı keçmişdik ki, bir maşın bizi sürətlə ötüb əylədi, Asiyə də əli ilə dayan işarəsi verdi: A kişi, bu nə maşın sürməkdir, camaat tələsir ki, evinə tez getsin, sən imkan vermirsən. Asi təmkinini pozmadan, a bala, işarəni görmürsən, yazılıb 50 ilə sürməlisən. Mən də qanuna riayət edirəm də. Cavan sürücü: Ay-hay, qanunu mahna eləmə, maşın sürə bilmirsən otur evində, - deyib “Mersedes”inə oturub qazı basdı. Amma bu qaz onu Dəmirçi kənd qəbiristanlığına kimi apara bilmişdi. Gəlib gördük ki, “Mersedes” yolun kənarındakı palıd ağacına çırpılıb, içindəkilər də ciddi xəsarət alıblar. Asi də yolun kənarında üz-gözü qanlı sürücüyə: indi gördün qanun nədir, deyib yolumuza davam etdik. Bu faktları ona görə gətirdim ki, qanun tanımayan ailə məhəbbətini, uşaqların məsum təbəssümünü yaddan çıxaran, avtoşluğu ilə fəxr edən sürücülərə görk olsun. Amma bir yol polis əməkdaşının dediyi kimi yamanlar yaxşıları da bədnam edir, həyasız sürücülərlə heç dildə danışmaq olmur. Yenə də ümid qalır el qınağına. Belə sürücülər vaxtında “yerində oturdulmalıdır”. Yol polisi də öz sözünü deməlidir. Vəzifəli, pullu dayısı olana da güzəşt olunmamalıdır. Qanun şahdır, şah qanun deyil. Həsənağa ƏLİYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |