• Masallıda çox zəhmətkeş, vətənpərvər, həqiqi Azərbaycan vətəndaşları yaşayır...
  • Heydər Əliyev
  • RU
  • EN
  • » » Asta sür maşını, amandı, sürücü

    Asta sür maşını, amandı, sürücü

    Asta sür maşını, amandı, sürücü

    Belə-belə işlər

    Son vaxtlar yol kənarlarında “Ata, ehtiyatlı ol, yolunu gözləyirik” yazılmış lövhlərə cox rast gəlirik. Bu kövrək sözlər ovqatımıza da təsirsiz ötüşmür. Axı, ata övladlarına arxa-dayaqdır, onları böyüdüb ərsəyə çatdıran, cəmiyyətə təhvil verən, bir qəzəldə deyildiyi kimi, başa tacdır. Ucuz-baha maşını olan hər ailədə atanın yolunu səbirsizliklə gözləyir, evə gec gələndə narahat olurlar.
    Çox ailədə bilmirlər ki, ata sükan arxasına keçən kimi 180 dərəcə dəyişir: dönür şiri- pələngə, əjdahaya. Asfalt yola çıxan kimi maşının sürətölçəni 150-160-a qalxır. Döngə bilmir, sağ-sol tanımır, gözünə nə insan görünür, nə heyvan. Nə çala bilir, nə çuxur. Yadına arvad-uşaq da düşmür. Bəzilərini camaat lap avtoş-avtoxuliqan kimi tanıyır. Onlar da bu addan qürur duyur, öyünür.
    Hər gün növbənöv sürücülərlə rastlaşırıq. Bu günlərdə şəhərin H.Əliyev prospektindəki “Aydın aptek”in qarşısında yolu keçmək istəyirdim. Soluma, sağıma baxıb yolun sakitliyinə əmin olmuşdum ki, “07”-nin qırğı kimi mənə yaxınlaşdığını gördüm. Yaxşı ki, geri çəkilməyə macal tapdım. Arıq, çəlimsiz, üzündə xətt saxlayan bir yeniyetmə qapını açıb qışqırdı: Ə, yekə kişisən, yoluna diqqət elə də, bura maşın yoludur.
    Sakitcə cavab verdim:
    -Bala, sənin kimi həyasıza deməyə söz tapmıram.
    Yanımda duran bir cavan onun üstünə cumub:
    -Ə, filan-filan şüdə, gözün yol görmür, sağda, solda maşınlar dayanıb, üstəlik iki tərəfli yoldur, sən isə 150 ilə sürürsən, hələ ağsaqqal kişiyə çımxırırsan da.
    Sürücülərin çoxu məşını asta sürənlərə rişxənd edir, deyirlər ki, əşi, filankəs maşını “nənəxanım” kimi sürür, deyib gülürlər də.
    Günlərin birində ərkivanlı Asifin (onu hamı Ası çağırır) “06-sı” ilə evə gedirdim. Ərkivanı keçmişdik ki, bir maşın bizi sürətlə ötüb əylədi, Asiyə də əli ilə dayan işarəsi verdi: A kişi, bu nə maşın sürməkdir, camaat tələsir ki, evinə tez getsin, sən imkan vermirsən.
    Asi təmkinini pozmadan, a bala, işarəni görmürsən, yazılıb 50 ilə sürməlisən. Mən də qanuna riayət edirəm də.
    Cavan sürücü: Ay-hay, qanunu mahna eləmə, maşın sürə bilmirsən otur evində, - deyib “Mersedes”inə oturub qazı basdı. Amma bu qaz onu Dəmirçi kənd qəbiristanlığına kimi apara bilmişdi. Gəlib gördük ki, “Mersedes” yolun kənarındakı palıd ağacına çırpılıb, içindəkilər də ciddi xəsarət alıblar. Asi də yolun kənarında üz-gözü qanlı sürücüyə: indi gördün qanun nədir, deyib yolumuza davam etdik.
    Bu faktları ona görə gətirdim ki, qanun tanımayan ailə məhəbbətini, uşaqların məsum təbəssümünü yaddan çıxaran, avtoşluğu ilə fəxr edən sürücülərə görk olsun. Amma bir yol polis əməkdaşının dediyi kimi yamanlar yaxşıları da bədnam edir, həyasız sürücülərlə heç dildə danışmaq olmur. Yenə də ümid qalır el qınağına.
    Belə sürücülər vaxtında “yerində oturdulmalıdır”. Yol polisi də öz sözünü deməlidir. Vəzifəli, pullu dayısı olana da güzəşt olunmamalıdır. Qanun şahdır, şah qanun deyil.

         Həsənağa ƏLİYEV,
     “Yeni həyat”,
      www.yeniheyet.az
     шаблоны для dle 11.2
    DİGƏR XƏBƏRLƏR
    XƏBƏR LENTİ
    1. 16:14 Masallıda “44 gün -23 saat tarixi anlar: Suverenliyin bərpası” mövzusunda tədbir 
    2. 16:10 Rayon rəhbəri Milli Qəhrəman Səfəralı Məmmədovun ailəsini ziyarət etdi
    3. 16:07 Masallının Sərçuvar ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 17.09.2025
    4. 16:02 Masallının Sərçuvar ərazisinin Sirəbil kəndində 17 sentyabr 2025-ci il tarixdə səyyar qəbul
    5. 15:48 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatı
    6. 12:28 Vətənə xidmətdə keçən ömür
    7. 08:35 Azərbaycan Prezidentinə yazırlar
    8. 08:33 Azərbaycan Prezidentinə yazırlar
    9. 08:31 Azərbaycan Prezidentinə yazırlar
    10. 08:30 Azərbaycan Prezidentinə yazırlar
    11. 08:24 Azərbaycan Prezidentinə yazırlar
    12. 08:21 Azərbaycan Prezidentinə yazırlar
    13. 08:06 Azərbaycan Respubilkasının Prezidentinin Sərancamı
    14. 11:51 Masallıda rayon rəhbərinin 21 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    15. 18:05 Masallının Miyanku ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 20.08.2025
    16. 18:02 Masallının Miyanku kəndində 20 avqust 2025-ci il tarixdə səyyar qəbul
    17. 17:59 Rayon rəhbəri Boradigah çayında aparılan təmizlik işləri ilə tanış olmuşdur
    18. 17:02 Masallı şəhərinin küçələri asfaltlanır
    19. 17:01 Rayon ərazisində küçə işıqlandırması
    20. 17:00 Masallıda şəhid Ətrafil Məmmədovun doğum günü anılıb
    21. 18:43 Masallıda Vətən Müharibəsi Qəhrəmanının 35-ci doğum günü anılıb
    22. 18:38 Masallının yollarında təmir işləri davam etdirilir 01-15 avqust 2025
    23. 18:35 Masallıda şəhid ailələri və məzarlarını ziyarət 01-15 avqust 2025-ci il
    24. 18:33 Masallıda 01-15 avqust 2025-ci il tarixlərində şəhid adına görülmüş işlər barədə
    25. 17:17 Masallıda “Qadınların sahibkarlıq fəaliyyətində rolu: imkanlar, çətinliklər və perspektivlər” mövzusunda tədbir
    26. 11:41 Masallıda quldurluq edən şəxslər saxlanılıblar
    27. 11:09 Masallı Sənaye Məhəlləsində məhsul istehsalı 15 faizdən çox artıb
    28. 09:08 Azərbaycan Prezidentinə yazırlar
    29. 16:45 Masallıda rayon rəhbərinin 14 avqust 2025-ci il tarixli vətəndaş qəbulu
    30. 12:30 Azərbaycan Prezidentinə yazırlar
    31. 12:28 Azərbaycan Prezidentinə yazırlar
    32. 17:25 Rayon rəhbəri Qodman kəndində şəhid ailəsini ziyarət etdi
    33. 11:54 Masallının Qodman ərazisində şəhid məzarları rayon rəhbəri tərəfindən ziyarət olundu 13.08.2025
    34. 11:50 Masallının Qodman ərazisinin Məmmədrzaküçə kəndində 13 avqust 2025-ci il tarixdə səyyar qəbul
    35. 14:42 “Vaşinqtonda imzalanmış Birgə Bəyannamə Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir”
    36. 11:58 Ölkəmizin beynəlxalq nüfuzu durmadan artıq
    37. 23:30 İşıqlı və təhlükəsiz gələcəyə doğru
    38. 17:29 Rayon rəhbəri “Günərzi” Qayğı Mərkəzini ziyarət etdi 11.08.2025
    39. 11:15 DİQQƏT! DİQQƏT!
    40. 09:20 Polis Masallıdakı istirahət zonalarında profilaktik tədbirlər həyata keçirib
    «    Sentyabr 2025    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930 
    DÜNYA XƏBƏRLƏRİ