Главная > Maraqlı > Vicdan susanda
Vicdan susanda28-03-2022, 09:49. Разместил: admin44 |
Milli dəyərlərimizə xələl gətirən boşanmalar Hələ yeniyetmə çağlarında kövrək ürəklərində eşqi-məhəbbətin rüşeymi doğulanda dünyaya qeyri-adi hisslər bəsləyənlər, “dünyanın xoşbəxti mənəm dünyada” deyənlər Leyli-Məcnun, Əsli-Kərəm kimi yaşamaq, sevmək iddiasında olurlar. Hələ əli çörəyə çatmayan, biş-düş nədir, bilməyənlər “ömürlük” bir-birlərini sevəcəkləri barədə eşq-məhəbbət müqaviləsi bağlayırsa çox keçmir ki, aralarında soyuq küləklər əsməyə başlayır. Biri “qazanc” dalınca Rusiyaya üz tutur, digəri kənd-kəsəkdə veyillənir, bir başqası bütün günü telefonla əlləşir. Hər birinin sevgilisi evdə arxayın oturub çörək gözləyir. Günlər isə ötür... Bir gün , bir həftə, bir ay... Axır ki, Leyli Məcnun dövrü-zamanın belə ürək darıxdıran ab-havasına dözmür. Məlum olur ki, Məcnun narkoman çıxıb. Leyli də telefonda biri ilə çuqquldaşır. Rusiyaya gedəndən bəzən illərlə xəbər çıxmır, kənddəki də “dükan qabağından” bezib evə çörəksiz gələndə ciddi narazılıq yaranır. Bəziləri isə: -A kişi, mən heç, heş olmazsa bu iki körpəyə yazığın gəlsin, bu veyillənməklə nə qədər ata-anaya, ailəyə yük olacağıq, -deyə cana gəldiyini söyləyir. Rusiyadakı: iş tapmamısan, bezibsənsə get atan evinə. Kənddəki: mənim üçün fərqi yoxdur, bilirdin ki, avarəyəm, sevməyəydin məni. Get, ərizə yaz , boşan. ... Səbəb çoxdur, ancaq biz bəzilərini saydıq. Boşanma. Bu, çox ağır, faciyəyə səbəb olan sözdür. Vəfanın, etibarın, sevginin uçrum kənarına gələn məqamıdır. Gərək nə qədər məsuliyyətsiz, vicdandan kənar, Allahsız, abır-həya bilməyən, ağsaqqal, ağbirçək tanımayan, insanı keyfiyyətlərdən uzaq olasan ki, bu sözü dilinə gətirəsən.Ailənin dağılmasından ağır durum ola bilməz. O ki, qaldı dəli kimi sevdiyini qucağı uşaqlı atasan taleyin ümidinə. Oxucu, bu mövzu çox əhatəli, genişdir. Mən isə rayon Statistika idarəsinin məlimatına əsaslanıb 2021-ci ildə 411 boşanmanın olmasından təsirlənib sizinlə təəssüfümü bölüşmək istəyirəm. Hələ bu rəqəm rəsmidir. Məhkəmələrdə 411 ailənin xoşbəxtliyinə, arzularına xitam verilib. Boşananların valideynlərini, yaxınlarını da bura əlavə etsək görün neçə-neçə insanın rahatlığına zəhər qatılıb. Hələ nə qədər də qeyri-rəsmi, könüllü boşananlar var. İki-üç uşağını atıb başqasına qoşulub qaçanları demirik. Ailə məsuliyyəti olmayan, ailə dəyərlərini tanımayan atalar var ki, telefonda tanış olduğu qıza görə başqa rayona səfər edib, müvəqqəti də olsa oralarda baş girlədənlərə nə deyəsən? Bu cəmiyyətimizi cılızlaşdıran, insan münasibətinə zəhər qatan, övlad sevgisindən uzaq olan cütlüklərə nə deyəsən. Mənə elə gəlir ki, nə valideyn öyüd-nəsihəti, nə el qınağı, nə də dövlət qanunları belələrinə təsir göstərir. Çünki dünya dəyişib, ab-hava dəyişib, abır-həya ərşə çəkilib, vicdan susub. Vay o günədir ki, vicdan susa... HƏSƏNAĞA. "Yeni həyat" qəzeti, www.yeniheyet.az Вернуться назад |